27 Eylül 2008 Cumartesi

Azərbaycanlının “inkişaf” yolu...

Neçə illərdir azərbaycanlıların konkret inkişaf yolu insanlıq üçün çox maraqlı qalmaqdadır. Bəzi alimlər hələ də sübut edə bilməyiblər ki, necə olar bilər ki, bir dəfə özün üçün mütləq hansısa bir tərzi qəbul edəsən və bu yolnan da sona kimi gedəsən. Azərbaycanlılar söyməyə və söyüşə çox qəribə bir baxışları var, elə bəlkə də özlərinə bu yoldan əl çəkməməyə söyüş qoyduqları üçün mentalitet ağacının budaqlarını qırmağa cəhd etmirlər.
Yeni bir uşaq dünyaya gəlir. Ailədə uzun-uzadı bir müzakirə və mübahisələrdən sonra bir ad vermək qərara alınır. Ana deyir ki, uşağın adı rəhmətlik dədəmin adı olan Lazım olmalıdır, kişi isə babasının adını ortaya salaraq Gülalı olmasını istəyir. Bəli, demokratik ailə sonda demokratik bir qərar verərək uşağın adını Lazımgül qoyurlar. Maraqlıdır, təsadüfən bu uşaq gələcəkdə adam kimi bir adam olarsa öz adından necə utanacağını valideyinləri heç düşünmək belə istəmirlər, əsas olan onların dedikləridir, və buradan da uşağa diqtə etməyin ilk toxumları səpilir.
Lazımgül böyüyür, artıq baxçaya getməyə başlayır, atası isə hər axşam işdən gələndən sonra övladını oynadır və ona “köpək oğlu” kimi ilk ibtidai söyüşləri öyrətməyə başlayır, evə gələn qonaqları isə uşaq gördükdə atası “əmini söy bir dənə” deyərək uşağının bacarıqlarını göstərmək istəyir, uşaq isə birtəhər bunu dedikdən sonra atasının “kişi qırığıdır e bu” deyərək gözlərindəki qürur hissini bir anlıq görmək lazımdır. Lazımgül daha öz məqsədlərini anlamalıdır. Anası ona “böyü, sənə qızı özüm seçəjəm”, atasının isə “sənə maşın alajam, ev alajam” kimi bir məqsədlərə kökləməyə başlayırlar, artıq uşaq getdikcə anasının sözləri ilə beynində “halal süd əmmiş, qeyrətli ev qızı”, atasının fikirləri ilə də “əsl kişi və peysər” anlayışlarını özündə formalaşdırmağa başlayır. Uşaq 1-ci sinifə gedəndə artıq özündə bir çox cəmiyyət üçün şablon keyfiyyətləri formalaşdırmağa başlayır. Uşaq saymağı maşınların markalarını əzbərləməklə öyrənir, 11-ci sinifə çatdıqda isə maşının ayrı-ayrı hissələri haqqında o qədər biliyə malik olur ki, “motorist” sözünü 2-3 qrammatik səhvlə yazmasına baxmayaraq, rahatlıqla bu peşəyə sahib ola bilir, amma olmaz, azərbaycanlılar “bizim uşaq da hamı kimi institut oxumalıdır, yoxsa qohum-əqrəbədən ayıbdır” utancı ilə yaşaya bilməzlər axı. Bundan sonra ağızdan-burundan kəsilən pulnan uşaq repetitorlarla hazırlaşmağa göndərilir, məktəbdə isə direktora pul verilir ki, bizim uşağa dərs lazım deyil, al, bu pulu, uşağa dəyib-dolaşma. Bunu ancaq azərbaycanlılar bacara bilərlər, yerli-yersiz rüşvət vermək bu xalq üçün bir hobbiyə çevrilib sanki. Bəli, qəbul imtahanları yaxınlaşır, bir həftə əvvəldən kənddən nənəsi və babası da gəlir, bütün nəsil uşaqdan nəticə gözləyir, imtahan günü isə binanın qarşısında Lazımgülü dəstəkləməyə gələn qohum-əqrəbələri onu imtahan veriləcək yerə elə bir göz yaşı ilə yola salırlar ki, yazıq Lazımgül imtahana yox, evdə ona aşılanan axirət imtahanına getdiyini düşünür. Yanında oturan birindən köçürdür və oğlan artıq qəbul olur, qəbul olubsa deməli, savadlıdır, artıq o nəslin gözüdür, çünki valideyinləri düşünür ki, sabah hansı qapıya getsələr “oğlumun diplomu var” ifadəsi qarşısında qızın valideyinlərindən “həri” alacaqlar. Deməli, azərbaycanlı üçün diplom həm də bir həyati məsələdir. Lazımgül oxumağa başlayır, onun artıq institutdan dost-tanışları da var, onlar parkda oturub “semiçka” çırtlamaqla, keçən qızların arxasına baxaraq şərh verməklə mədəni zaman keçirdirlər. Artıq Lazımgülün kumiri də var, dostlarından fərqlənmək üçün o, polad alemdara deyil də mematiyə özünü oxşadır. Sifətində senzurasız bir mimika alır, boğula-boğula da olsa siqaret çəkir, çünki memati belə edir. Lazımgülün problemli zamanları başlayır, hər axşam evdə “mənim telefonum köhnə modeldir, dostların yanında çıxartmaqdan utanıram” başlığı altında başlayan müzakirələr gedir və bir müddət sonra anası dözməyib də, “uşaq şişər e birdən, almaq lazımdır” deməyi ilə Lazımgülün gözlərinə işıq gəlir, çünki o da artıq dostlarından geri qalmayacaq, iki gün əvvəl dostunda əlikramın mahsumla DJ tərəfindən hazırlanmış duetini görmüşdü, lakin onu yaza bilməmişdi, sabah isə artıq bunu bacaracaq, ən əsas da telefonunda blutuz olacaq, bunun vasitəsi ilə o daha hər gün 20 qəpiyindən keçib də internet kluba gedib “sexs” yazıb da google-a əziyyət verməyəcək, o artıq blutuzu ilə birbaşa onanizm üçün öz telefonunu maraqlı videolarla təmin edəcək. Bunları görəndən sonra isə artıq onda azərbaycanlı üçün qadının ayaqları arasından başlayan qeyrət anlayışı da yarancaq. Dostunun sevdiyi qızla oral sekslə məşğul olmasını fəxrlə hamıya danışacaq, ancaq özü namuslu, anasının dediyi kimi halal süd əmmiş birini axtaracaq. 5-ci sinifdə oxuyan bir qızın əlindən tutub, onu aparıb-gətirəcək, 18 yaşına çatan kimi isə öz pedofil istəklərini nigah adı altında rəsmiləşdirərək bu qızcığazı özünə arvad edəcək, çünki yaş ötür, gec evlənsə Lazımgülün kişiliyinə şübhə edərlər, ayıbdır axı. Lazımgülə valideyinləri ən bahalı restoranda toy edirlər, çünki bilirlər ki, çox toylara gediblər, getdikləri isə mütləq gəlməlidirlər, baxmayaraq ki, evlənən Lazımgüldür, ancaq onun fikirlərini soruşan belə yoxdur. Toyun ilk gecəsində Lazımgül həyat yoldaşının qanını yorğan-döşəyə tökərək fəxrlə otağına buna şahidlik etmək üçün yengə çağırmağı özünə borc bilir, o, bəlkə də bunu heç zaman ağlına belə gətirməzdi, ancaq insanın heyvani düşüncələrini zamanla ona mentalitet adı altında yeridiblər. Bundan sonra isə atasının ona bir gün öncə verdiyi qızıl bir məsləhəti yadına salaraq “arvadın başından qapazı heç zaman əskik etmə” fikrini xatırlayır, qeyrətini qorumaq üçün yeganə çıxış yolunu məhz bunda görür. Lazımgülün bəxti onda gətirib ki, onun bacısı yoxdur, yoxsa öhdəliklərinin nə qədər olacağını təsəvvür etmək lazımdır. Aha, artıq onun dostları ibadətlə məşğul olmağa başlayır, Lazımgül isə onlardan geri qalmaq istəmir, hər gün əlində dini kitablarla gəzir və ibadət edir. Axşamlar dostları ilə bazlığa gedir, 10 manat fahişəyə pul verib deyə yazığı peşman edir. Evə qayıdıb dəstəmaz alır, namazını qılıb, yatır. O, artıq Allah adamıdır, mömindir. Bir dəfə əlinə fəlsəfi bir kitab keçmişdi, ona şeytanın lənətlənmiş kitabı damğasını vuraraq bir kənara atır, çünki başqa bir şey oxumaq da ona haram buyurulub. Sabah uzun saqqal saxlayıb, şalvarını qısaldaraq özünü klona oxşatsa heç də şübhələnməmək lazımdır. Əslində, onun heç bir günahı yoxdur, o gözünü açandan ətrafında və içində olduğu cəmiyyətdə doğru kimi yalnız bunları görür. Lazımgülün öz doğruları yoxdur, o, başqasını doğru bildikləri ilə yaşamağa öyrəşib. Lazımgül kimi bu cəmiyyətdə həddindən çox azərbaycanlı var, onların fikirlərində sadəcə olaraq, inqilab etmək lazımdır. Onlar bəlkə də bir balaca təkan gözləyirlər, ancaq bu təkanı verəcək insanların sayı nə qədərdir bax, onu artıq demək olmur.

Realium

Gün Ərzinde İstifadə Etdiyimiz Sözlər...

Hörmetli Düşünenler! Azerbaycan türkçesinin ne qeder böyük bir söz xezinesine sahib olduğu barede size anlatmağa ehtiyac yoxdu yeqin ki. Orta mektebden bu yana bu haqda eşide eşide qulaqlarımız 'mazol' olub artıq. Bu qeder böyük tarixi ve edebi eserlere sahib Azerbaycan gencinin gündelik heyatda anadilinden ne qeder istifade etdiyi insanı düşünmeye vadar edir. Men bu barede çox düşündüm ve cavabı da tapmışam. Nece? Yooox.. cavabı deyim siz de bilesiz? Bes onda menim o qeder düşünmeyimin ne menası qalar. En yaxşısı men size misallar çekecem. Artıq siz özünüz görün, oxuyun, düşünün ve qerar verin...

Azerbaycanlı bir universitet telebesinin gündelik heyatda istifade etdiyi sözler:

Men, Sen, O, Oğraş, Biz, Siz, Onlar, Azərbaycan, Bakı, ANS, Marşrut, Prezident, Sahil, Rayon, 28 May, Yaşıl Bazar, Porno, Meyxana, Seks, Yaprak Dökümü, Çayxana, Google, Kurtlar Vadisi, Aşkım, Qarabağ, Qaçqın, Bina, Göt, İnek, Qatıq, Qız, Gədə, Dovşan, Kukla, Facebook, Chat, Pirat, Tarqovu, Mc Donalds, Coca Cola, Fanta, Xırdalan, Petux, Emo, Yetim, Dönər, Xaş, Nokia, Bluetooth, Kamera, İnternet, Telefon, Çörek, Qalıboy, Eşşek, Donuz, Xotux, MSN, AzTV, Şou Biznes, Rep, Anal, Müsavat, Müxalifet, Villa, Maşın, Şampunçik, Hörmet, Peraşki, Kontur, Sigaret, Vızıv, Döş, Sevgili, Fırlatmaq, Oğru, Maraqlı, Bar, Disko, Maqintafon, İlham Əliyev, Kişi, Əmi, Dayı, Bibi, Xala, Mırt, SMS, MMS, Saqqız, CD, DVD, Goool, Mp3, Bozbaş, Aş, Dolma, Xiyar, Pomidor, Qarpız, Benzin, Tualet, Sabun, Aftafa, Karate, Ujas, Dinozavr, Da, Net, Prosto, Xuyyovu, Pizdes, Vsyo!

26 Eylül 2008 Cuma

Şərq Mədəniyyətində «Virtual Çadra» və Kişilərin Seksual Aqressivliyi



Seni gözden eleyen,
Gözden iraqlaşdıran
Bu uğursuz çadranı
Fırlat qaranlıqlara.
Geçti qaranlıq gece,
Söndü zülmet, atdı dan,
Ne gizlenmek vaxtıdır,
İş hara, çadra hara?

Əhməd Cavad (1892-1937)’ın qadınların azadlığı ile elaqeli
qeleme aldığı şerinde, qadını çadrasından sıyrılmağa ve yeni hayata devet edirdi...

[05.02.2008]
Niyazi Mehdi


ÇADRANIN «QRAFİK ÇEVRƏ CIZIĞI» VƏ ŞƏRQ QADINI

Doğu, Şərq toplumunda qadına baxış bir-birinə «yox» deyən, ya da bir-biri ilə üzdə uyuşmayan mənalarla doludur. Yaxın Şərqdə qadınların çarşab çevrəsiə girib gizlənməsində bu dediklərimizi aydın görmək olar. Məsələn, yəhudi kökəənli ünlü sosioloq Maks Veber qadının örtük arxasında gizlinə salınması ilə bağlı yazır ki, əski çağlarda öncəki naturalist çılpaqlıqdan sonra qadınların yaşmanma dönəmi gəlir. Ancaq ilkində qadın çılpaqlığının yox edilməsinə səbəb feodal və burjua dünyasında güclü işləyən abır-həya, ləyaqət-ərdəm əxlaqı olmur. Təməldə başqa səbəblər və məqsədlər durur. Məsələn, qadından yaşmanmaq tələbi əski İsraildə də olmuşdu. Di gəl ki, bu tələb, əsasən, əxlaqdan yox, dini mübarizədən gəlirdi. İsrailin Quzeyində geniş yayılmış orqiastik kültürə İsrailin başqa bölgələrində mənfi dini baxış formalaşanda bu orqiastikliyin qarşıtı (antitezi) kimi qadınlar yaşmanır (1).
Beləliklə, yaşmanma simvolunda Maks Veber bir uyuşmazlığı açır: bir tərəfdən yaşmanmaq haqqında ilk ağıla gələn abır-həya motivləridir, o biri tərəfdən isə aydın olur ki, abır-həyanın diqtəsi sonralar işə düşür. Öncədə, məsələn, İsraildə dini mübarizənin «texniki» motivləri durur.
Daha sonra Veberə əsasən biz başqa uyuşmazlığı aça bilərik. Müsəlman mədəniyyətində qadının yaşmanmağa zorunlanması maksimuma çatır. Veber isə bir sosioloq kimi bu İslam faktının iqtisadi sonucunu aydın edir: qadının parça ilə örtülməsi müsəlman Şərqində tekstilə və tekstil bazarına böyük təkan verir (2).
Belə bir vəziyyətdə çadra simvoluna söykənən mənəviyyatlə iqtisadiyyat kimi aralı duran amillərin bir araya gəldiyini görmək olar. Onlar bir araya gəlsələr də hər halda mənəviyyatla iqtisadiyyatın gərginliyini də bir araya gətirirlər. Bunu açıqlayaq: parçaçılığın gəlişməsi, ən bəzəkli estetik axtarışlara təkan verir, bəzək, bəzənmək isə riqoristik qadın etosunu xeyli çətinə salır (məsələn, çağdaş kuteryelərin əldə etdiyi «çadra erotizmi»ni bir effekt kimi orta çağ müsəlman afəti də aşkar edir, qara parça arasından çıxıb ağaran əlin, üzün doğurduğu həyəcanları yaxşı bilərək bu həyəcanları manipulə etməyə başlayır və beləliklə, çadranın ilkin ideyasına, məqsədlərinə antitezlər yaradır).
Beləcə, biz yaşmanma mədəniyyətində törəyən iqtisadi məqamlara, bəzəkli həyatın estetikasına, eləcə də gizlindəliyin erotikasına çıxırıq. Hər ikisi hətta ilkin yaşmanma riqorizmindən, sərt əxlaqından belə cismani həzzə yollar açıldığını aydın edir.
İndi isə problemin bioloji ilə psixolojinin bağlantılarında olan qatlarına adlayaq.
Elmdə yunanlardan götürülmüş "hedonizm" termini var. «Hedone» ləzzət, həzz anlamını verir. Müsəlman aləmində çadra və çadranın məkan sinonimi olan «hərəmxana divarları», qəribə də olsa, hedonizmlə sıx bağlıdır. Orta çağda durum elə idi ki, çadra qadını başqa kişilərin hedonistik aqressivliyindən, saldırqanlığından qorumaq funksiyası daşıyırdı. Ancaq eyni zamanda çadra qadına sahib olan ərin hedonistik dairəsini cızırdı. Yəni çadra sanki qadının həndəvərində «qara dairə» çəkirdi və bu dairə ərin hedonistik dairəsi (ləzzət dairəsi) olurdu. Çadra ər üçün qadını ilə bağlı yadlara sərhəd qoyan «divar» idi. Beləcə, divarla çadra arasında sinonimlik vardı.

(Fridrix Nitsşe çadranın ər üçün yalnız bu ərə aid olan hedonistik və ya libidioz dairə cızmasını seçərək üst insanın ərənliyi konsepsiyası çərçivəsində bu fenomeni açıqlamağa çalışmışdı. O yazmışdı ki, kişi qadın bərabərliyindən söhbət aparanların düşüncələri dayazdır. Ağılı, tamarzılıq, heyranlıq dərinliyi olan insan qadına şərqlisayaq yanaşır. O, qadında yiyələnmək üçün hədəf görür. O, qadını başqalarından qapadaraq yalnız öz mülkiyətinə çevirir və beləcə, bu məsələdə Asiyanın azman zəkasına, instinktlərinin üstünlüyünə söykənir. Asiyanın gözəl şəyirdləri olan yunanlar da ona beləcə söykənə bilmişlər. Bu səbəbdən də Homerdən Perikləcən yunanlar getdikcə qadına daha sərt ciddilikdə yanaşmışdılar) (3).
Bu haşiyədən sonra yenidən yaşmanma mədəniyyətinin paradoksuna qayıtsaq, belə bir durumla rastlaşarıq: yaşmanmış qadınlar necə teatrın Avropa yönümlü gəlişməsinə əngəl olurlarsa, - bunu Hüseynqulu Sarabskinin teatr xatirələrindən aydın görmək olur (4), - eləcə də sənaye, istehlak toplumu yönümündə modernləşmək, gəlişmək istəyən mədəniyyətin vəziyyətini çətinləşdirirlər.
Mədəniyyət təkcə düşüncələr, ideyalar toplusu deyil. Mədəniyyətin təməlində həm də bədənlərin tarixi, üzün, gözlərin bildirdiyi mənaların dinamikası durur (Ona görə də son çağlarda elmdə bədən, gövdə simvollarına üz tutumuş araşdırmaların sayı çoxalıb).
Bədənlərin tarixi gözəl bədən, güclü bədən, ehtiras doğuran bədənlərlə bağlı ideyaların, baxışların və buna uyğun olaraq bədənlərin özünün dəyişməsinin tarixidir (5). Bir örnək: 30-cu illərdə Avropa qadınları balerina kimi yeriməyə başlamışdılar. Bu, həm kinematoqrafdan qadın ulduzlarının, həm də baletin qadınlara etgisi, təsiri idi. Kinoulduzlar estetik yerişi baletdən götürmüşdülər, sonra isə bu mimesis miqrasiya edib cəmiyyətə keçmişdi (6). Ancaq sonralar Avropada balerina yerişinin populyarlığı itir. Bu yeriş ayaqları, fiquru müəyyən bir siluetdə görünməyə məcbur edir. Əgər belə yeriş dəbdən çıxırsa, deməli, onun diqtə etdiyi bədən silueti də, artıq, gözdən düşür (7).
Əski türklərdə, Dədə Qorquddan görürük ki, «qaz yerişinin» diqtə etdiyi bədən silueti qadın erotikliyinin göstəricisi imiş. Sonrakı çağların poeziyası göstərir ki, mədəniyyət "çəkiliş kamerasını" qadın yerişindən çevirib qadın gözünə, zülfünə, dodaqlarına, yanaqlarına yönəldir. Azərbaycanda yalnız Vaqif poeziyasında «çəkiliş kamerasının» görüm dairəsi genişlənir, qadının döşləri də poeziyaya girir.
Bütün bu axırıncılar da «bədənlərin tarixi» ideyasının elm üçün relevant (məsələyə dəxli olan) olduğunu göstərir.
Dedik ki, toplumda bədənin, üzün necə, nə qədər görünməsinə güclü yasaqlar varsa, bu, bəzi önəmli istiqamətlərdə mədəniyyətin gəlişməsinə əngələr qoyur. Ancaq dünyada ən pis şeylərin də elə sonucları var ki, başqa baxımdan verimli, çıxarılı perespektivlər açır. Məsələn qadının "tekstil" və ya "bənna" məhsullarının arxasında gizlədilməsi irəlidə dediyimiz kimi kişilərin hedonistik, seksual aqressivliyinə, şəhvaniliyinə qarşı yönəlb. Ancaq bizim bayatıdakı "üzündə göz izi var" cümləsi yalnız yaşmanma dünyasında, kişi seksual aqressivliyinə qarşı duran mədəniyyətlərdə güclü təsirlə açılır. Avropalı həmin cümləni maraqlı saya bilər, ancaq bizlərin həmin cümlədən duyduqlarını o çətin ki, duysun. Bu mənada gizlədilmiş, niqabla örtülmüş üzlər, paltar bolluğunda itmiş bədənlər dünyasında Kabuki teatrı kimi simvolik, kanonik Doğu teatrları üçün təməllər tapmaq olar. Ancaq, təkrar edirik, biz modern, Avropa tipli toplumlar istiqamətində gəlişmələr qarşısına «yaşmanma kültüründən» çıxan əngəllərdən, çətinliklərdən danışırıq.
İndi isə yaşmanma mədəniyyətinin nəzərdə tutduğu məqsədə tam tərs gələn sonuclar törətməsinə baxaq.
Qadınları "tekstildə" gizlətmə mədəniyyəti riqoristik, kişi seksuallığına qarşı sərtlik iddiasındadır. Əxlaqda namus qeyrət simvolları isə bu sərtliyi daha da şiddətləndirir, hətta ideolojiləşdirir. Ancaq yenə də görmək olar ki, yaşmandırmaqla gücləndirilmiş əxlaqi riqorizm bir planda özünə uyğun nəticələr versə də başqa planda həmin nəticələrin alternativlərini törədir. Əgər Ortaçağ Müsəlman Doğusunun poeziyasını götürsək, görərik ki, qadınlara yönəlik Şəriət riqorizmi heç cürə poeziyaya keçmək üçün şer sınırlarını adlayammır. Şərqdə bir şerə də rast gəlməzsən ki, Şəriətin yaratdığı Qadın ideal tipini öysün (vəsf etsin). Müsəlman poeziyasının mərkəzində duran afətlər (sözün ilkin anlamı bəla, müsibət deməkdir), nə davranışlarına, nə psixolojilərinə görə heç cürə Şəriətin "qadın konsepsiyasına" sığammırlar. Ancaq onların Şəriətə, dini əxlaqa antitezliyi onları Şərq «əxlaqsızları», «fahişələri» kateqoriyasına da salmır. Afətlər Doğunun Qadın qalereyasında özəl bir yer tuturlar. Onlar Şəriət qadınları ilə fahişə, əyləncə qadınlarının sırası arasında nəsə orta bir sıranı əmələ gətirirlər. Ancaq bu orta sıra heç cürə «ala-babat» anlayışının verdiyi çəlimsizliyə, zəifliyə uyğun gəlmir. Bu orta yer aşiqanə şerlərin dünyasını yaratdığı üçün şer kimi də nəcibləşir, üstünləşir.
Ortaçağ şairləri, - tarixi faktlar göstərir ki, - gündəlik yaşamlarında, adi adamlardan nə qədər fərqlənən davranış, psixoloji, duyğu yiyəsi olsalar da və qəribəlikləri ilə dörd yana sürpirizlər versələr də, hər halda, XX yüzilin Bohem sənətkarları kimi dekadans əhvalın daşıyıcıları, pozğunlaşmış, marginallaşmış davranış üslüblarının subyektləri deyildilər. O biri müsəlmanlar kimi onlar da evlənmək üçün qadını seçəndə Şəriət ölçülərini əsas tuturdular. Heç cürə inanılası deyil ki, Füzuli, Nəsimi şerlərindəki naz satan, əğyara (düşmənə) könül verən o gözəllərlə ailə qurmağa razı olaydılar.
Bəs onda nədən evlənmək üçün üstünlük verdikləri sakit qadın tipi yox, afətlər, naz-qəmzəli və təhlükəli dəyişgənliyi olan gözəllər şairlərin poeziyasına keçirdi?
İş burasındadır ki, Şəriət idealına uyğun qadınlar heç bir psixoloji mürəkkəbliklər, gərginliklər, şiddətlər yaratmırlar. Ona görə də onlar arvad alıb arxayınçılıq yaratmaq üçün gərəkli olurlar, şer yazmaq üçün yox. Ortaçağ şairlərini (şərabdan başqa) iki simvol ekstatik ilhama salırdı: Allaha mistik sevgi və...afətlərin işvəsi, etibarsızlığı.
Deməli, bir tərəfdən, orta çağ müsəlman kişiləri Şəriətin "qadın konsepsiyası" ilə məmnuniyyətlə razılaşırdılar. İkinci tərəfdən isə, aydın olur ki, belə qadınları mərkəzə qoyub onların əsasında gözəl şer yapa bilmirdilər. Bax, bu vəziyyət orta çağ müsəlman kültüründə qadınla bağlı dissonans, uyuşmaz iki baxışın bir yerdə olmasına gətirib çıxarmışdı. Qadınla bağlı riqoristik olan Ortaçağ müsəlman kültüründə bu baxışa alternativ olan qadın tipi öz məkanını sala bilmişdi, həm də bu məkan təhlükəsiz şəkildə bütün müsəlman mədəniyyəti tarixi boyu öz muxtarlığını, toxunulmazlığını saxlamışdı. Nəinki saxlamışdı, hətta çağdaş müsəlman toplumlarında sənətin sınırlarını aşaraq dünyanın özünə də keçmiş və burada adaptəedici, mənimsəyici konstruktiv koda çevrilmişdi. Yeni çağda məhz Orta əsrlərin afətləri müğənni, rəqqasə qadınları bir xeyli müsəlmannın qavrayışında bir az marginal olsalar da seviləsi, evlənəsi qadınlar sırasında saxlamışdı. Yeni situasiyada ortaçağ poeziyasını bu və ya başqa biçimdə, çeşiddə özündə daşıyan müsəlmanlar həmin poeziyanın afətləri sayəsində müğənni qadınları, rəqqasələri statuslu qadın tipi ilə identifikasiya edə bilmişdilər. Beləcə, ilk baxışda tam ola bilən, olası görünən (8) bir perspektiv baş tutmamışdı: sənət qadınlarını Hindistandakı şudra varnası kimi abırlı çevrələrə buraxılmaz, arzuolunmaz qadınlara çevirmək mümkün olmamışdı (hərçənd bu deyilənlərə istisnaların olmasını danmaq olmaz).


YAŞMANMA MƏDƏNİYYƏTİ VƏ ŞƏRQDƏ AQRESSİV
KİŞİ SEKSUALLIĞI


Qadınlarla bağlı sərt riqoristik mədəniyyətin başqa alterrnativlər verməsini ayrı bir sonuc da yaxşı göstərir. İş burasındadır ki, qadınları yaşmanan kültürlərdə heç də böyük faizlə sakitləşmiş və «abrına qısılmış» kişilər dünyası əldə olunmur. Psixologiyadan bilirik ki, yasaq edilmiş meyvə dadlı olur. Bu mənada qadın bədənini, üzünü görməkdən məhrum olmuş müsəlman kişiləri qadınlara yasaqları zəif olan mədəniyyətin kişilərinə baxanda daha aqressiv seksuallıqda, libidioz enerjinin gərginliyində olurlar. Onların şəhvani aqressivliyinin əsasında çox vaxt, heç də «xalq etimalaogiyası» həvəskarlarının istinad etdikləri cənub temperamenti gizlənmir. Doğu mədəniyyətində kişilərin qadınlara yönəlik aşırı libidiozluğunun təməlində məhz aşırı yasaqların törədiyi şiddət durur. Deyilənləri bir fakt yaxşı təsdiqləyir: Avropada məskən salmış Güney Azərbaycan türkləri, Rusiyada yaşayıb işləyən Quzey Azərbaycan türkləri yalnız ayrı-ayrı ekzemplyarlarda seksual aqressivliyi saxlayırlar, yerdə qalanlar isə davranışlarına görə Güney irqlərinin seksual temperamentinin əsiri-yesiri kimi görünmürlər və başqa irqdən olanlardan deyilən planda (yəni zahiri seksual aqressivliyin az olması planında) az dərəcədə fərqlənirlər. Qadınlar üzərinə qoyulan yersiz, aşırı yaşmanma, dar məkana salınma yasaqlarının azalmasının toplumda zahiri, gözə soxulan kişi seksual saldırıqanlığını azaltmasını başqa faktlarda da görmək olar. İndiki Azərbaycan kişilərinin seksual aqressivliyi 19-cu əsrdə məmləkətimizdə olan kişilərin aqressivliyinə baxanda xeyli azalmış, sakitləşmiş görünür. İkincə tərəfdən, Azərbaycanda söhbət institutunda kişilərin bir təəccübü də tez-tez ortaya çıxır: çimərlik mühitində onlar öz aqressivliklərinin (ancaq təbii temperamentlərinin yox) azalmasını görüb buna mat qalırlar. XX yüzil azərisi hələ də anlamır ki, necə olur, çimərlikdə yarı lüt qadın bədənləri şəhər küçələrində qadın bədəninin onda oyatdığı seksual xəyalları və aqressiv istəkləri doğurmur.
Sual çıxır. Doğu kültürü qadınlar üzərinə qoyduğu aşırı yasaqlarla qondarma (yəni əlavə vasitələrlə) üfürüb alovlandırdığı və kişi üzərinə qoyduğu abır-həya öhdəliklərini altdan-altdan dağıdan şiddətlənmiş seksual aqressivlik qarşısında nə edir?
Şərq mədəniyyəti özünü modern mədəniyyətlərdən fərqli olaraq az saf-çürük edən (refleksiya edən) kültürdür, ona görə də yasaqlarının törətdiyi təhlükələri o, aydın modeldə bilmir, ancaq hər halda problem başqa terminlərdə (məslən, mədəniyyət üçün «vəhşi kişilərin bəlası» və s.) sezilir və seziləndə öz-özünə əlac vasitələri də formalaşır. Azərbaycanda «qadınların ana olmasını» dönə-dönə kişilərin yadına salan sağlıqlar, öygülər kişiləri seksual aqressivlikdən ayıltmaq məqsədi güdür (bəzən bu sözləri söyləyən beləcə öz üzərində terapevtik iş aparır) (9). Kişilərin şəhvani saldırqanlığı zəif olan kültürlərdə qadının həm də ana olmasını yada salan deyimlər triviallığı ilə darıxdırıcı cümlə təsiri bağışlayır, şərqlinin həmin cümlələrdən duyduğu hikmət qərbliyə bilinməz qalır. Bu cümlələr bir də, olsa-olsa, qadını həddən çox işlədən kültürlərdə (bizim kəndlərdəki kimi) güclü anlam qazanır.
Əgər çağdaş dünyamıza baxsaq, biz keçmişdən qalanlarla indinin əcayib naxışlar törətdiyini görə bilərik. İndi Azərbaycanda yaşmanmış qadına az rast gəlmək olar. Onlardan bəziləri isə möminlikdən çox əda üçün bunu edir. Ancaq indiki Azərbaycanda çarşab az gözə dəysə də azəri kişilərin qavrayışında o, real da olmasa, virtual örtük kimi hələ də qalmaqda davam edir. Bir çox kişilər öz qadınları ilə ilişgidə bu dəfə onları «virtual çarşab» dairəsinə salırlar. Qadınlar isə bu virtual çarşabı özlərində duyurlar və həmin virtual çarşab onların yerişinə, oturuşuna, duruşuna, özlərinə baxmasına gizli təsirlər göstərir (deyilən vəziyyətlə bağlı belə bir cümlə var: əsas məsələ cismani çarşab deyil, mənəvi çarşabdır. Bu deyim dini əxlaqı modernləşdirmək baxımından yaxşı formula olsa da hər halda «virtual çarşab» ideyasına uyğun gəlir).
Çağımızda «virtual çarşabın» yenə domokl qılıncı kimi müsəlman qadınının üstündən asılı qaldığına görədir ki, bəzi müsəlman toplumlarında real çarşablar olmasa da real çarşabların yaratdığı durum, yəni kişilərin seksual aqressivliklərinin üstün olduğu kültür tipi qalmaqda davam edir.
Gözdən keçirdiyimiz problem üzrə bu yazıda söylənilən ideyalar əsasında biz müsəlman Doğusu ilə Batını tutuşdursaq, çox maraqlı fərq və vəziyyətlərlə rastlaşarıq. Sonrakı axtarışlarımız üçün həmin ideyaları bir daha yadımızda bərkidək: dedik ki, qadınlara geyimlə, necə görünmə ilə, necə davranmaqla bağlı qoyulmuş aşırı yasaqlar sanki kişilərin şəhvani aqressivliyinə qarşı yönəlir, ancaq, əslində, bir çox hallarda sonuclar tam tərs alınır. Həmin yasaqlar kişilərdə seksual aqressivliyi artıran əlavə, qondarma vasitələrə çevrilir və nəticədə müsəlman toplumu qadınlara yönəlik libidiozluğun, «aqressiv energetikliyin» burulğanında gərilir. Əgər biz İran tipli toplumla Batı cəmiyyətlərini tutuşdursaq, görərik ki, Doğuda seksual aqressiv enerjisi aşıb-daşan kişilər az qala bir sürü «ayğır» kimi hər səhər küçələrə tökülüşürlər. Bunların fikri-zikri yalnız qadın əldə etmək, yalnız qadının ora-burasına baxmaq olur. Belə psixologiya energetik gücünə görə maraq doğurur. Ancaq bir problem var, mədəniyyətdə irəliləmək üçün enerji bir çox yönümlərdə paylanıb sərf olunmalıdır. Məsələn, milli ləyaqətə, vətəndaş azadlığına və s.-yə. Şərqdə isə libidonun (seksuallıqdan doğan enerjinin) böyük qismi yalnız qadın haqda düşüncələrə, erotik xəyallara sərf olunur. Belə vəziyyət Şərq gənclərinin psixolojisini primitiv edir. Əslinə baxsan, yersiz yasaqların içərisinə salınmış qızların da psixolojisi primitiv qalır (onların da fikri-zikri oğlan olur) (10).


QADINLAR ÜZƏRİNDƏN AŞIRI YASAQLARI GÖTÜRMÜŞ MƏDƏNİYYƏTLƏRİN SEKSUAL SONUCLARI

Qərb toplumunda biz şəhvani aqressivliyi xeyli azalmış kişilər dünyasını görə bilərik. Bir eston alimi ilə söhbətdə soruşdum ki, sizin ulusda kişilər dünyasında cəzbedici məqsəd, stimullaşdırıcı motiv kimi qadınların nə rolu var? Aydın oldu ki, estonların bilinci (şüuru) Şərqdəki qədər qadın «hədəfinə» tutulub dar cızığa düşməyb. İkinci sorunu verdim: bəs onda sizin üçün çalışmaq, mənalı, maraqlı yaşamaq stimulları haradan gəlir. Cavab istehlak, tükətim toplumları üçün çox xarakterik idi. O bildirdi ki, yeni markalı maşın almaq, yaxşı ev tikdirmək, mebellər almaq, gəzməyə pul yığmaq və s. istəkləri estonlarda başlıca stimuldur. Tutuşdurmaq üçün deyim ki, Azərbaycan kişilərində də bu istehlakçı, tükətimçi stimullar güclüdür, ancaq həmin stimulların özünü bir çox hallarda stimullaşdıran başlıca motiv Qadındır. Yəni Gözəl Qadına sahib olmaq, onun gözündə özünü doğrultmaq və s. bir çox hallarda azərbaycanlını var-dövlət qazanmağa ya gizlin, ya açıq itələyən başlıca amil olur. Seksual aqressivlikdə olan maskyulin kültürdə Qadın maraqlı yaşamın ən birincə şərtidir (11).
Bizim bəzi «xalq etimologiyası» üslubunda səbəblər axtaran yozucular bu tipli faktları, artıq, söylədiyimiz kimi Batı adamlarının irqi-bioloji libidioz zəifliyi ilə izah edirlər (12) .
Ancaq mənə belə gəlir ki, əsas səbəb Batı insanlarının seksual zəifliyi deyil, sadəcə, onların yaşadığı toplumlarda "yasaq edilmiş meyvə dadlı olur" prinsipi əsasında qondarma yolla stimullaşdırılmış aqressivliyin olmamasıdır. Sözlərimi arqumentləşdirmək üçün Azərbaycanda rusdillilərin subkültür mühitindən faktlar götürmək olar. Həmin subkültür Sovet çağlarında azərbaycanlı, yəhudi, rus, erməni və b. komponentlərdən rusca oxumaq sayəsində formalaşmışdı. Bu zaman rus dili sementləşdirici olsa da deyilən kültürün bir çox özəllikləri dildən çıxmırdı: dildən çıxsaydı, onda Rusiyadakı rus kültürünün Azərbaycan «filialı» yaranardı, halbuki Azərbaycan rusdillilərinin subkültürü prinsipial şəkldə Rusiyadakı mədəniyyətdən fərqlənirdi və həmin subkültürün rusları tarixi ölkələrinə gedəndə «özləri» ilə «onların» kəskin fərqini görmüş olurdular.
Haçansa Azərbaycanda rusdillilərin yaratdığı subkültür ciddi araşdırılmalıdır, onun Azərbaycan mədəniyyətinə vurduğu ziyanlar, verdiyi faydalar öyrənilməlidir, hələliksə o, «bakinets» milləti adında ortaya atılmış ideyanın altında özünün son çağlarını yaşayır.
İndisə rusdillilərin subkültüründə kulturoloji özəllikdən danışaq. Həmin özəlliklərdən biri odur ki, burada qadınlarla bağlı «virtual çadra» çox zəifləyib puldakı «su yazısı kimi» görünməzliyə batmışdı. Rusdilli azərilərin qadınla bağlı qavrayışında «virtual çadranın» «su yazısına» çevrilməsində həm rusların, həm yəhudilərin təsiri olduğu kimi bütünlükdə urbanlaşmanın (şəhərləşmənin) də etgiləri vardı. «Virtual çadra» zəif olanda qadınların manevr məkanı, azadlıqları xeyli artır. Bunu rusdilli subkültürün daşıyıcısına çevrilmiş azərbayacanlı qızların həmin subkültürdən qıraqda olan qızlardan davranış, psixoloji fərqlərində aydın görmək olur.
Rusdilli subkültürdə azərbaycanlıların qavrayışında «virtual çadra»nın zəifliyi yerdə qalan azərbaycanlılarda belə təsəvvür yaradırdı ki, bu kültürdəki azərbaycanlı qızların da, oğlanların da mənəviyyatında namus arqumenti zəifdir. Nomenklaturanın və azəri varlıların uşaqları rusdilli subkültürü çox prestijli etmişdi. Çoxları elə bu prestijə görə də uşaqlarını o kültürün daşıyıcıları etməyə çalışırdı: ancaq bəzi riqoristlər oğlanlarını rusca oxutsalar da, - həmin «namus» məsələsinə görə, - qızlarını rus məktəbinə vermirdilər. Bəziləri üçünsə prestij məsələsi o qədər yüksək olurdu ki, öz riqorizmlərinə, qarvayışlarında olan «virtual çadraya» qələbə çalmalı olurdular.
Bu açıqlamadan sonra irəli çəkdiyimiz problemlə bağlı əsas fakta keçək: rusdilli azərilər bioloji, irqi baxımdan yerdə qalan azərilərdən fərqlənməsələr də onlarda seksual aqressivlik xeyli zəif idi və bu fakt onu göstərir ki, məsələ biolojidə deyil. Məsələ «virtual çadra», qadınlar üzərinə qoyulmuş yasaqların yersiz çoxluğundadır (13).
Bu kontekstdə çağdaş Mediyada bol-bol peyda olan qadın şəkilləri yeni bir situasiyanın başlanğıcını qoyur. Məsələyə yaxından baxaq. Bizim bəzi dinçilər yarıçılpaq qadın görklərini (təsvirləri) verən qəzetləri, erotik filmləri millət üçün böyük təhlükə sayırlar. Onlar abır-həyadan çox danışa-danışa müsəlman kişisini göylərə qaldırsalar da, əslində, onun şəhvani aqressivliyini yaxşı bilirlər və həmin saldırqanlıqdan qorxurlar. Qorxurlar, ancaq bilmirlər ki, müsəlman kişisinin aqressivliyini yaradan onların toplum üçün arzuladıqları aşırı yasaqlar, qadınlar üçün arzuladıqları çadralardır. İndi Azərbaycan qəzetlərində axırıncı səhifələrdə krossvordların yanında qadın bədənlərini göstərən səhifələr durur. Bizim abır-həyaçılara belə gəlir ki, bu şəkillər kişilərin aqressivliyini daha da şitəndirir. Ancaq əslinə baxsan, çox az oxucu taparsan ki, həmin səhifədəki şəkillərə uzun-uzadı baxsın. Bu səhifələri 60-cı illərdə Azərbaycan oxucusuna versəydin, termometr tamam başqa dərəcəni göstərərdi. İndiki zamanda isə qəzetlərdəki qadın bədənləri sakit estetik funksiya daşıyır. Necə ki, restoranda astadan gələn musiqi səsi fəzanı yüngülcə estetikləşdirir, eləcə də mediadakı qadın bədənləri məkana gözəsoxulmaz estetik naxışlar vurur. Bu naxışlar kişi aqressivliyini artırmır, tərsinə azalmasına xidmət edir.
İndi isə Müsəlman mədəniyyətində olan seksual aqressivliyin başqa sonucalrını incələyək.
Kişi seksual saldırqanlığı güclü olan Doğu mədəniyyətində biz nə görürük? Görürük ki, burada gözəl qadının kultu o qədər böyüyür ki, çoxu gözəl olmayan qadın soyu bütünlükdə pis vəziyyətə düşür. Hedonistik aqressivliklə qadınlara baxan kişlər yalnız gözəl qadının statusunu qəbul edirlər. Həm də bu zaman gözəl qadının statusu «bizim kimi insan» prinsipindən yox, «tamahlı nəsnə» prinsipindən özünə güc qazanır. Belə mədəniyyətdə yerdə qalan (yəni gözəl olmayan) qadınlara sayğının yaranması xeyli çətin bir proses olur (azərbaycanlıların «bütün qadınlar gözəldir» cümləsi əslində çoxluğun dilində riyakar bir deyimdir). Azərbaycan kişilərinin qadına baxışında hedonistik istəklərin aşırı dərəcəsi var. Qadınların gözəlliyi də kişilərin gözəlliyi kimi az rast gəlinən faktdır (hərçənd gözəl qadın və kişilərin çoxsaylığı baxımından Azərbaycan baxtı gətirən məmləkətlərdən sayılır). Bizim ölkədə kişilərin çoxu çalışır ki, qadınları stüardessa, modelyer qız kimi gözəl olsun (qadınlarda da kişilərlə bağlı oxşar istək xaqanlıq edir). Bu istək bütün dünyada var, ancaq kültürcə gəlişmiş, qadın özgürlüyü (azadlığı) olan ölkələrdə həmin istək yetərincə sakitləşir, xeyli mövqelərini əldən verir. Azərbaycanda isə həmin istək kişi seksual aqressivliyindən doğan vektor kimi şüurlarda dominant olaraq qalır. Onun üçün də yaraşığı az olan kişilər varlarına, vəzifələrinə, Markssayağı desək, yaraşıqsızlıqlarının kompensasiyası kimi baxırlar və pulları, nüfuzları onların qadın gözəlliyinə təklif etdiyi ekvivalentlər olur (14). Bunun sonucunda Azərbaycan «Klintonunun» Azərbaycan «Hilarisini» alması, Azərbaycan «şahzadəsinin» Azərbaycan «Dianasına» evlənməsi nəsə anomaliya kimi görünür.
Sözsüz, bu ölkədə varlı, vəzifəli, yaraşıqlı olan hansı kişininsə estetik planda ona yaraşmayan arvadı olur. Ancaq bu ər-arvadın «estetik uyğunsuzluqlarının» qavrayışlarda fiksəsi Azərbaycanda az qala maniya kimi yayılır. «Qız ona yaraşmır» cümləsində azərbaycanlı ən az mənəvi tərəfi, ən çox görünüş tərəfini nəzərdə tutur.
O ki qaldı mənsəbli, varlı kişinin yaraşıqsız qadınının olmasına, tipik səbəb o olur ki, belə adam kimsəsiz, perspektivsiz olduğu çağlarda belə bir «səhvə» yol verir, sonra da altından çıxa bilmir (15). Bizim dediyimiz «Azərbaycan «Klintonlarının» Azərbaycan «Hilarilərini» almaması» bu mənsəbli, varlı ailələrin uşaqlarından başlayır. «Qanunauyğunluq» onlarda işə düşür və bu «qanunauyğunluğa» adi azəri qavrayışı irəlidə dediyimiz «təbii» stereotipi ilə baxır. İmkanlı adamların yaraşıqlı oğlanlarına yaraşıqlı qız almaları Azərbaycanda empirik yolla yoxlanılmağa gərəyi olmayan tendensiyadır.
Qadın-kişi münasibətlərinə yalnız libidiozluq (seksual əsası olan energetiklik) baxımdan yanaşılması Azərbaycanda saxta bir estetik bərabərlik idealını yaradıb. Bir çoxlarının «qadın-kişi» qoşasına yönəlmiş qavrayışı gizlindən «yaraşır-yaraşmır» tərəzisini işlətməyə başlayır. Bu «yaraşır-yaraşmır» ölçüsündə dediyimiz kimi məzmun arxa planda olur, ön planda isə gözəllik, yaraşıq durur. Azərbaycanlılarda hələ də belə bir infantil təsəvvür arxetip kimi qalmaqda davam edir ki, kişi-qadın qoşası bir-birinə estetik bab olmalıdırlar.
Feminizm hərəkatı gəlişmiş ölkələrdə qadınlar bütünlüklə, bütün necəlikləri ilə hüquq qazanıblar. Batı qadınında estetik kompleks xeyli zəifdir. Oralarda, artıq, gözəl stüardessaya az rast gəlmək olar, çünki peşə bacarığı olan bütün qadın tipləri stüardessa işləmək hüququnu gerçəkləşdiriblər. Qadınlar necə görünməklərindən asılı olmayaraq peşə keyfiyyətlərinə görə iş hüququnu toplumdan qoparıb alıblar.
Biz də isə, məsələn, bütün biznesmenlər istəyirlər ki, ofislərində gözəl qızlar işləsin. Restoranda gözəl ofisiant ayaqları qara corablarda «qaralsın» və ya corabsızlıqda ağarsın. Bu mənada Şərqdə qadınlar estetik baxımdan diskriminasiya olur, ayrı-seçkiliyə salınırlar. Gəlişmiş ölkələrdə isə peşə elanında işə yalnız gözəlliyi olan qadın götürüləcəyini bildirmək güman ki, feministlərin böyük qalmaqalları ilə sonuclanardı.
Bütün bu dediklərimizin sonucunda feminizm hərəkatı güclü olan ölkələrin küçələrində gəzən qız-oğlan qoşaları ilə müsəlman ölkələrində gəzən qoşalar arasında çox kəskin fərqi görmək olar: orada çox tez-tez estetik baxımdan bir-birinə «yaraşmayan» qız-oğlan qoşasını görmək olar, bizim tərəflərdə isə tendensiya yaraşıq bərabərliyində qoşalaşmış qız-oğlan cütlərinin dominantını saxlamağa doğrudur.
Azərbaycan çağdaşçı yazarların (Cəfər Cabbarlı və b. ), çağdaşçı düşünərlərin (Əhməd Aağaoğlu və b.), Azərbaycan bolşeviklərinin, sosialistlərinin, türkçülərinin sayəsində ölkədə qadın cismani çadradan, eləcə də bəzi geyim yasaqlarından, sosial məkanda hərəkət qadağalarından azad olub. Azərbaycan emnsipə hərəkatının öz yetənəkləri var. Ancaq bəs nədən bu yetənəklər «virtual çadra» fenomenini Azərbaycanda zəiflətmədi? Problem yeni rakursların altında ciddi araşdırmalıdır. Biz isə bir özəlliyi irəli çəkək.
Azərbaycan modernistlərinin qadının emansipəsi ilə bağlı təbliğatının, mücadiləsinin gücü yalnız qadın üzünün azad edilməsinə çatdı. Qadın azadlığı ideolojisi Şərqdə qadın bədəninin azadlığı məsələsinə çatanda abır-həya ilə susurdu. Müsəlman Doğusunda V. Rayxın üslubunda qadın bədəninin azadlığını qoymağa heç kimin gücü çatmazdı (hərçənd Cabbarlı Sevilinin anti-çadra kəskinliyi bəzən az qala «əxlaqsız qadın» suçlanmasına əsas verir. Pyesdə Sevil milli stereotipləri silkələmək üçün marginallıqla oynayaraq əxlaqsız qadın simvolları ilə anıtmaları, allüziyaları fəallaşdırır) .
Bizim böyük modernistlər, çağdaşlaşma ideoloqları virtual çadraya, - həm öz qavrayışlarında belə çadranın olmasına görə, həm də yəqin başqa gerçək səbəblərə görə, - tam qarşı çıxa bilmədikləri üçün və bir də sonradan sosializm rejimi gəldiyindən Azərbaycanda feminizm hərəkatı baş vermədi. hərçənd dediyimiz kimi sosial məkanda qadına geniş davranış çevrəsi istəməklə onlar virtual çadranın tündlüyünü xeyli açıqlaşdıra, bozarda bildilər.
Belə yarımçıq durum (16) Şərqin humanitar elmlərində də özünü göstərir. Azərbaycan fəlsəfəsində, sosiologiyasında, etikasında çoxdandan qalma «guya-problemlər» çevrəsindən qurtulub gerçək problemləri öyrənməyə keçmək gərəkləri, artıq, astanadadır. Belə problemlərdən bir qrupu da Azərbaycan ulusunda (millətində) «cender» problemlərinin yaratdığı durumdur. Ancaq çox təəssüf ki, elm utancaq şəkildə bu problelmrlə bağlı özünü görməməzliyə qoyur (17). Məsələn, indiki Bakıda təkcə rusdilli qızların yox, türkdilli və əyalətdən gəlmiş qızların da bədəncə xeyli azad olmaları (paltarlar kütləvi şəkildə açıq-saçıq olub) nəzəri baxımdan araşdırılmır. Sosial məkanda yalnız darıxdırıcı dindarların çılpaqlıq haqqında hiddəti eşidilir. Onlara cavab verənlər isə bədənlə bağlı susurlar, əski modernistlərin üslubunda yalnız mücərrəd qadın azadlığından, qadın üzünün azadlaşdırılmasından danışırlar. Bir konfransda bu yazının müəllifi dedi ki, mömin qadın mini paltarda da ola bilər. Əslində bu, zəif bir etiraz idi, ancaq bu da bəs etdi ki, dinçi opponent «mini paltar» kəlməsinin işlənməsindən qeyzə gəlsin.
Bizim dinçilərlə mübahisə edən dünyəvi ziyalılar diskussiyanı, adətən, üzün azadlığı üstündə qururlar və bədənə keçməyə cürət etmirlər. Nəticədə hətta belə bir illüziya yaranır ki, onlar da «çox görünən bədən və ayaq» məsələsində dinçilərin hiddətini bölüşürlər.
Diskussiya binasından bayırda olan mini yubkalar nə qədər çoxsaylı olsa da, nə qədər çox azəri qızları mini geyinməklə konservativ adamların baxışlarını saya salmasa da sanki loqosferin (söz məkanının) öz ritualı yaranıb - dini diskussiyada «mini paltar» dilə gətirilməz sayılır və bu səbəbdən də bizim yasağı pozmamız nevrotik reaksiya doğurdu.
Biz isə elmə yaraşmayan belə yasaqları pozmağa davam edib problem üzrə bir az da irəliləmək istərdik. Sözsüz, çətindir, qadın fenomenini bir çox koordinatlar sistemindən çıxardıb mücərrəd şəkildə belə bir sual qoyasan ki, hansı üsul yaxşıdır və ya mütərəqqidir, qadının (elə kişinin də) dar cızıqlara, aşırı yasaqlara salınması, yoxsa xeyli sərbəstliyə buraxılması?
Dediyimizi bir az da aydınlaşdıraq. Əgər toplum qarşısında ciddi bir bioloji problem dursa ki, seksuallıq azalıb, kişilər qadınlara tam biganələşiblər və bunun sonucunda artım baş vermir, az ailələr qurulur, o zaman yaşmanma simvolları və qadınların dar yasaqlar sisteminə salınması toplum üçün gərəkli funksiyalar qazanır.
Əgər hər hansı ulusun rastlaşdığı problemlər elə olursa ki, onların öhdəsindən gəlməyə kişiləri bəs edir, yenə qadınlarla bağlı Müsəlman Doğusunun yaratdığı model effektli görünür.
Ancaq işdir, cəmiyyət sənaye toplumuna çevrilmək istəyirsə, kanonik sənətlər çərçivəsindən çıxıb kino, teatr, foto sahələrində yeni-yeni perspektivlərə çıxmaq istəyirsə, onda Şərq modeli böyük əngələ çevrilir. Sənaye cəmiyyti yüksək reklam mədəniyyətini tələb edir ki, sənaye gəlişsin. Reklamda isə yaraşıqlı, açıq qadın üzü və bədəni önəmli funsiya daşıyır. İndiki böyük dünya öz xarakteri ilə millətləri yarış vəziyyətinə salır. Bu yarışda iqtisadiyyatı ilə bərabər, əyləncə sənayesi yüksək olan, qadınları idmanda rekordlar qazanan, filmlərində erotik epizodlar üçün aktrisa tapmaq problemi olmayan uluslar güclü çıxırlar. Ona görə də Müsəlman Doğusu yarışda geri qalmamaq məqsədini götürmək istəyirsə, o zaman qadınla bağlı liberallaşmağa məhkumdur. Beləliklə, toplum seçdiyi idealdan asılı olaraq qadına münasibətini də dəyişmək gərəkləri qarşısında durur.
Problemin başqa bir tərəfi də var. Batı və Doğu kültürləri qadın qarşısında tipinə görə iki fərqli situasiya yaradırlar. Müsəlman Şərqində qadınların rastlaşdığı situasiya daha çox çətin vəziyyətlər olur. Müsəlman qadını, sözsüz, elə bir rejimdə yaşayır ki, çətinliklərin çoxunu əri, oğlu öz üstlərinə götürür. Ancaq yenə də, o, nəzarətdən çıxmış sosial məkanda və ya kimsəsizlikdə daha aqresiv və sərt təzyiqlər qarşısında özünü bulur və bu zaman kəndisini daha çox bacarıqsız, əlsiz-ayaqsız bilir. Bax, bu mənada onun üçün ən elementar vəziyyətlər böyük çətiliklərə çevrilir. Müsəlman qadının psixolojisi çətinliklərin xofu, basqısı altında özünü bilən qadının psixolojisidir. Mürəkkəbliklər isə bu psixolojinin çox vaxt xəbərsiz qaldığı ilişgilər hörgüsüdür.
Batı qadını çox vaxt çətinlikləri yalnız mürəkkəbliyin atributlarından biri kimi yaşayır. Onun üzcə, bədəncə azadlığı, sosial məkanda geniş manevr sahəsində bulunması onu bir çox ilişgilərin, vəziyyətlərin qovşağına, çarpaz fəallığına salır. Qadın sosial məkanda mürəkkəb ilişgilərə düşməyə zorunlu olur. Bütün bu səbəblərdən Qərb qadınlarının psixolojisi Şərqə baxanda daha çox mürəkkəb çətin vəziyyətlərə adekvatdır. Bunun sonucu olaraq həmin qadınların yaradıcı subyektlər kimi dürlü sahələrdə (sənətdə, elmdə və s.-də) «ixtira» etdikləri tekstlər daha mürəkkəb semantikada olurlar. Beləliklə, biz Batı və Doğu qadınlarını tutuşdurmaq məsələsində yeni müstəviyə çıxırıq. Ancaq bu haqda yəqin ki, ayrıca söhbət aparılsa, yaxşı olar.


AÇIQLAMALAR VƏ ƏDƏBİYYAT


1. Bax: Max Weber. Ancient Judaism. The Free Press. London, p. 192.
2. Yenə orada.
3. Bax: Фридрих Нитцще. По ту сторону добра и зла. - Сочинения. М. 1990, с.356.
4. Hüseynqulu Sarabski o zamankı Azərbaycan teatrallarının qadın emansipəsinə tərəfdar çıxmasını səhnəyə qadınların gərəkli olmaları ilə bağlayanda, əslində, teatr imkanlarının genişlənməsində qadınların rolu məsələsinə toxunur (Bax: Hüseynqulu Sarabski. Köhnə Bakı. B. 1982, s.41).
5. İNTERNET-dən götürdüyümüz bir araşdırmada yazılır ki, 19-cu yüzildən başlayaraq tarix fraqmentləşdirilib. Bunun sonucunda etno-tarixə, psixo-tarixə, sosial tarixə, nəsnələr (əşyalar) və ideyalar tarixinə çevrilib. (Bax: Hakim Bey. The Ontological Status of Conspiracy Theory)
6. Çaplinin səsiz filmlərində balerina yerişli qadınlara istənilən qədər rast gəlmək olar. Kinematoqrafdan balerina yerişlərinin reallığa keçməsini isə ilk dəfə ünlü çex alimi Yan Mukarjovski bildirib.
7. Yaraşıqlı, erotik bədənlərin və ya ərən bədəninin, ayaq siluetlərinin mədəniyyətdən-mədəniyyətə, çağdan-çağa dəyişməsi çox maraqlı kültür materialıdır. Hind rəqsləri (və bu rəqslərin pozalarını çıxarıb «stop kadra» çevirən hind heykəlləri) bizlərə yapışıqsız görünən ayaq duruşları ilə doludur: qadınların dizləri aralı və azca bükük pozda durmaları bizlər üçün qadın ayaqlarını anti-estetik və hətta anti-erotik siluetdə göstərir, hindlilər üçünsə, görünür, məhz bu siluet qadın ayaqlarının erotikasını güclü şəkildə açır.
Əyri qadın ayaqları yapon gözəllik etalonunda bəyənilən siluetdir. Avropada isə bəzi ünlü aktrisaların «bir az əyri ayaqları» reallığın cürbəcürlüyünə kinematoqrafın «açılması» üçün, ya da kinostereotiplərdən bezildiyi üçün ortaya çıxır.
Misir heykəllərində, orta çağ müsəlman miniatürlərində qeyri-təbii şəkildə pəncələrin sağa döndərilib göstərilməsi yalnız düz perspektivin sənətdə zəif mənimsənilməsi ilə bağlı deyil. Güman ki, burada da estetik səbəb vardı: belə vəziyyətdə alınmış ayaq konturları daha yaraşıqlı sayılırdı.
Şalvar balağı və ayaqqabının ayağa verdiyi biçim arasındakı dürlü siluet «baxışmaları» Avropa bədən tarixində ciddi aspektlərdəndir: indinin özündə də yeriyəndə ayağına baxan gənc yalnız ayaqqabısının yaraşığına baxmır, onun gözləri balaqla ayaqqabının yaraşıqlı oyunu ilə əylənir.
8. Hüseynqulu Sarabski xatırladır ki, bir vaxtlar Azərbaycanda musiqiçilər, müğənnilər ayrı-seçkiliyə məruz qalırdılar, məclisdə onların sənətlərindən zövq alandan sonra yemək vaxtı gələndə dinləyicilər onları öz süfrələrinə ayıb bilib başqa süfrə başında oturdurdular. Tar çalmağı öyrənən gənclər isə sənət sevgilərini «abırlı» adamlar məkanında gizlətməyə çalışırdılar (Bax: Hüseynqulu Sarabski. Köhnə Bakı, s. 50). Bütün bunlar dediyimiz perspektivin yetərincə olabilmə ehtimalını açır.
9. Tanınmış freydist V. Rayx cəmiyyətdə ananın ilahiləşdirilməsi və ideallaşdırılması ilə toplumun gerçək yaşamında qadına amansız münasibət arasında qorxuncu uyğunsuzluğun olduğunu söyləyir. «Böyük ailə» ideologiyası həmişə qadının uşaq doğan məxluq, ana kimi funksiyasını şişirtməklə onun seksual varlıq kimi haqlarını qabaqlamaq vəzifəsini yerinə yetirir. Daha sonra o bildirir ki, ailə haqqında konservativliyi islahat etmək istəyənlər ideya irəli sürürdülər ki, hər qadının öz bədəni ilə istədiyi cür davranmağa haqqı var. Bu çağırış daha çox qadını ana kitmi müdafiə etmək üçün idi. Bundan sonra V.Rayx öz əlvəsini verir: daha doğru olardı bu çağırışla qadınının ana haqqı yox, seksual məxluq kimi haqları müdafiə olunsun (Bax: В. Райх. Психология масс и фашизм. Санк Петербург. 1977, с. 122).
10. Bu primitiv gənclər psixolojisinin Şərq poeziyasını korlamağa gücü çatmamışdı. Şərq aşiqanə şerləri ekstatik sevginin şiddətli, təsirli dilini ixtira edə bilmişdi: bu dil ekstetik sevgiyə gözəl verbal paralellər verirdi. Ancaq eyni fikri nəsr haqqında söyləmək olmaz. XX yüzil Azərbaycan hekayə və romanlarını götürsək, dediyimiz primitivliyin korlayıcı etgilərini geniş miqyasda izləmək olar. Azərbaycan nəsrində sevənlərin sevgi danışıqları biabırçı dayazlıqda, bayağılıqda olur. Yalnız Anarın «Təhminə və Zaur» əsəri «buzu sındırır», yüksək kültüroloji sayrışmaları olan flirt söhbətlərinin örnəklərini yaradır: ancaq bu nailiyyətin özündə də simptomatik olan odur ki, Anar Təhminəni gənc qız deyil, təcrübəli qadın etməyə məcbur olur.
11. Yapon kültüründə cender problemini araşdıranlar göstərirlər ki, onlarda güclü maskyulin kültürü var: burada tez-tez qadın seksuallığın obyekti kimi təmsil olunur, burada pornoqrafiyalar, pornoqrafik komikslər də kişi qavrayışının tələb etdiyi biçimlərdə hazırlanır. Bütün bu deyilənlərdən sonra araşdırıcılar maraqlı bir özəlliyi açırlar: qadınların yaponlarda seksuallığın obyekti kimi təmsil olunması məntiqi görünən belə bir situasiyanı yaratmır ki, mədəniyyət özünü qızğın, ehtiraslı, seksual aqressivlikdə olan yapon kişisinin görkü (surəti) üstündə qursun. Yapon kişi idealında onun soyuqluğu önəmli yer tutur (Bax: Gender and Gender Relations in Manga and Anime (http://web.mit.edu/rei/www/manga-gender.html). Göründüyü kimi yapon mədəniyyəti seksual kişi aqressivliyini Soyuq Kişi idealı ilə neytrallaşdırır, - müsəlman masklyun mədəniyyəti belə neytrallaşdırma işini aparmır.
12. Onlar bir az oxumuş olsaydılar, 19-cu yüzilin Sezare Lombroso, Maks Nordau kimi yəhudi kökənli italyan və macar alimlərində özlərinə dayaq tapmağa çalışardılar. Bu alimlərin sayəsində Avropa uluslarında degenerasiya prosesinin artması haqqında versiya yaranıb geniş yayılmağa başladı (Bax: Arthur Herman. The Idea of Decline in Western History. The Free Press, p. 109-144).
13. Maskyulinliyi (latınca «kişiyə xas olan» deməkdir) seksual aqressivlik əsasında formalaşmış mədəniyyətlər çox hallarda azad qadınları olan yabançı mədəniyyətlər qarşısında zəif düşürlər. Bu, çox maraqlı bir problemdir: litvalılara, gürcülərə baxanda ruslaşma prosesi qarşısında bizimkilərin zəif duruş götirməsinin bir səbəbi də o idi ki, Azərbaycanda milli qadınlar üzərinə qoyulmuş aşırı yasaqlara görə seksual aqressivliyi artmış kişilər rus (eləcə də erməni) qadınlarına bioloji zəiflik göstərirdilər. Sonda isə həmin qadınlar mənsub olduqları mədəniyyət qarşısında azərbaycanlıları zəif edirdilər. Bu fikir bizim ixtiramız deyil, elmilikdən uzaq deyimlərdə çoxdan milli mədəniyyətdə fırlanır. Rusların özündə də belə bir inam var ki, rus qadını Rusiyanı sirayətedicilik planında güclü edir. Rusların bu öygüsü, sözsüz, Batı ilə bağlı yox, məhz Doğu ilə bağlı arqument qazana bilir. Hər halda «seksuallıq və assimilyasiya, kültür müstəmləkəçiliyi» elmdə aktuallaşan problem ola bilər.
Bu problemin başqa məqamı da var: qadınlara aşırı yasaqlar qoymaqla onları sosiallıq baxımından zəif etmiş kültürlərin qadınları daha azad mədəniyyətə düşəndə orada zəif olurlar: ona görə də erməniyə, rusa, indisə, tutalım, ingilisə getmiş azərbaycanlı qadın məsələn, aşgenaz yəhudi qadını kimi ailəyə öz mədəniyyətini yeritmir. Bunu azəri qadınlarının iştirak etdiyi bir çox qarışıq ailələrin örnəyində görmək olur (hərçənd başqa səbəb də başqa ulusun kişisinə, adətən, rusdilli, deməli milli mədəniyyətdən uzaq azərbaycanlı qızın ərə getməsi olur).
14. Maks Veberin var-dövlətə prootestant baxışı haqqında yazdıqları göstərir ki, varlanmaq, qazanmaq istəyi maraqlı, mənalı yaşamaq, dini vəzifələri yerinə yetirmək, ekzistensial problemlər sistemində özünü gerçəkləşdirmək vasitəsi ola bilər (Bax: М. Вебер. Избранные произведения. М. «Прогрес». 1990, с. 98-102). Müsəlman toplumunda kişilərin çoxu üçün vara, qazanca belə yanaşma yaddır və yadlığın başlıca səbəblərindən biri məhz vara libidioz uğur üçün gözəlliyin əvəzi kimi baxılmasıdır.
15. Sözsüz, üzü ilə yox, xarakteri ilə ərinin gözündə ucalara qalxan qadınların əri fəth edib həmişəlik özünə bağlaması Azərbaycanda da var. Ancaq biz tipik olandan danışırıq.
16. Situasiyaları bu üslubda araşdırmamız heç də tənqid pafosundan gəlmir. Oxuduğunuz yazını yazan özünə aydınlaşdıra bilməyib hansı kültür İlahi məqsədlər və ya indi bizim bilə bilmədiyimiz, anqcaq haçansa güclü bir amil kimi ortaya çıxacaq məqsədlər fonunda efektlidir, ucadır: qadınlar üzərinə aşırı yasaqlar qoyan mədəniyyətlər effektlidir, yoxsa Batı tipli toplumlar. Biz bu yazıda tənqid etmirik, sadəcə, situasiyaları, fərqləri, sonucları fiksə edirik.
17. Düzdür, son zamanlar bu problemlər üzrə nəsə dərgilər və kitablar çıxıb (babax: "Qadınlar". "Qanun" jurnalının xüsusi buraxılışı. № 3. Oktyabr, 1997; «Cender: qadın probleminin yeni mərhələsi». I Buraxılış. Bakı. 1998), ancaq onlarda çap olunan məqalələrin çoxu cender üzrə bilik, informasiya nümayiş etdirməkdən Azərbaycan geroçəkliyinə baş vurmağa keçə bilmirlər.

«Qanun». Noyabr-Dekabr 1999, Yanvar 2000.

24 Eylül 2008 Çarşamba

Allah heç kimin yolunu Naxçıvan Aeroportuna salmasın! Amin!


2005-ci il sentyabrında Bakıdan Naxçıvana yola düşen teyyarenin içerisinde men de vardım. Naxçıvana heyecanla gedirdim. Heç görmediyim bir şeherimiz, muxtar vilayetimizdi çünkü. Düzdür, insanlar üçün ayrılmış teyyarede, 1990'lardakı kimi, artıq ayaqda geden yox idi. Elece de qoyun melemeleri de duyulmurdu. Ama balaca quzu olsaydı qucağımda aparardım... 45 deqiqelik yolda her an öle bileceyini de fikirleşende söyülmedik yerlerini qoymursan. Tir-tir titreyen TU-154'lerden sovetden qalma pilotlarımız sayesinde her defesinde sağ çıxanda, kime şükredeceyim baresinde düşünmek mene ezab verir. Ama bu defe Azerbaycan dilini yeni öyrenen hosteslerimizden en qocamanı mene yaxınlaşıb "Cola isteyirsen yoxsa Fanta?" sualından sonra heç men cavab vermeye macal tapmamış, bir bardaq fantanı üzerime tökdükden sonra, fanta canıma hopmamış çıxartmaq üçün salfetka axtarışları uğursuz neticelendiyinden, men özümü qaça-qaça tualete verdim. Ama "xalqımız" tualet sırasında olduğuna göre gözlemekden başqa çarem qalmadı. Tualet sırasındakı basabasda, şüven salan bir arvad üzerime ele geldi ki, qorxumdan yerimi ona verdim. Defelerce siqaret çekmeyin qadağan olunduğu söylense de, oturacaq kemerlerini bağlamağı sevmeyen milletimiz, üreyi istediyi kimi tualetde bedensel ehtiyaclarını qarşılamaq yerine ciyerlarini dumanla doldururlar. Yaxşı ki taletde, tualet kağızı var, ama su tapmaq müşkül meseledir. Oturacaqların arxası müxtelif telefon nömreleri ve kiçik çaplı mesajlarla doludur. Qezete, jurnala ehtiyac yoxdur, bütün informasiyanı ordan almaq mümkündür. Bakıdakı şeher arası "Qazel" ondan daha rahatdır desem inanın. O günü unutmayacam. Naxçıvan Aeroportunda yaxşı ki qarşılayanımız var idi. Yoxsa bizi parçalayardılar o saatlarda. He ordan bir zülmle serhedden keçdikden sonra, yol aldıq Iğdıra (Iğdır Naxçıvanla serhed Türkiye şeheridir). Iğdırda bizi Iğdır - İstanbul seferi gözleyirdi. Günorta saatı ile, 13.00'da başlayan sefer, düz bir gün sonra "İstanbul Esenler Avtovağzalı"nda bitecekti. Birde getdiyin yolu, geri dönmeyesen de...
Avqust ayı idi, insan çox arsız mexluqdur. Bir üzüne tüpürürsen, o biri üzünü çevirir. Özüne söz verse de, xeyri yoxdur. Allah baba kasıbçılığın üzünü yaşıl elesin, ne edek ey yene yayın o istisinde Naxçıvana üz tutdum. İçimde olan "veten" hesreti meni, her cür çetinliye qorxusuz edirdi. Ama adamın sebr kasası dolmasın da. Men "kasa"nın yerine lap qazan istifade edirem xeyri yoxdu, yene daşıb alemi batırır. 28 saat sonra serhedde bizi, yeyib-yeyib qarın çıxarmış, azerbaycan herbiçisimi deyim, serhet emekdaşımı deyim, onlar qarşıladı. Ele ayağımızı içeri soxan kimi dediler hamı 1 manat versin! Dedik niye, dediler bes "torpaq basdıdır". Tebii ki, insanları resmi şekilde soymağa çalışan dövlet memurlarına qarşı "yoxdu" sözünü ele ağır istifade edirem ki... X-ray cihazından keçen çantalarımızda problem çıxdı. Çantamı sökdüler ki bes CD var. CD'lere bir bir baxacayıq görek, porno aparırsan belke. Dedim he, Azerbaycanı porno filmlerle men temin edirem. Aparan kimi göyde gedir. Yaşıl bazarda "toçkam" var. "Natavan Hebibi " adıynan soxuram qara camaata. Sözüm onda yox axtardılar, gördüler bir şey çıxmır dediler, bize biraz film ver de boş bekar oturmuşuq burda, baxarıx gejeler. Arsız üzüm, çıxartdım bir neçe film verdim ki day meni "azad" etsinler, alt paltarlarıma da baxmasınlar. Hele bu kinonun jurnalı idi nece deyerler. Qarşıda bizi aeroport macerası gözleyirdi. Aeroport'a çatanda 20.00 xettiyle "doğma Bakıya" uça bilerdim. Ama dediler bilet yoxdu. Ele bu deqiqelerde bir de gördüm bir aeroport işçisi deyir "ayee ayee ayeeee qardaş bura gel hele" dedim göresen indi de yeqin üzerimden narkotik zad tapıblar yeqin. Meni qırağa çekdi, dedi bilet var, ama gerek 20 manat hörmet edesen yoxsa qardaş canı variant yoxdu, bu gece burda qalmaq isteyirsen yoxsa getmek isteyirsen? Dedim ayeeee qaaaardaş telebeyem, etme eleme, gördüm yox ey bunlara heç telebe sökmür. Saatlarca gözledim, taxta kimi, kotletlerinden yedim, sirabdan içdim, susuz, kağızsız tualetlerine yene de sirab istifade ettik. Söye-söye, basa-basa, özümü teyyareye soxanda içimdeki artıq o teyyare fobbisi yerini sevinc göz yaşlarına buraxmışdı. Bakıya geldim, yene turist kimi qarşılandım sağolsun taksi şoferi de 20 manat soxdu. Dedi bes senin Azerbaycandan xeberin yoxdur ey ay yetim her şeyin qiymeti qalxıb fil beline. Dedim Berekallah... Budur Azerbaycan Gerçekliyi, Budur Xidmet, Budur Seviyyemiz, Budur Telebeye gösterilen qayğı! Ama yenede buna göz yumuruq AXI BİZİM XALQIMIZ DÖZÜMLÜ XALQDIR ...

23 Eylül 2008 Salı

Gülən Polis...


Bu ifadeni doğru işletdim mi bilmirem, amma gülen polislerimize de nadir de olsa rast gelmek mümkündür. Hele bir neçe il evvel elimde bilet Tofiq Behramov adına stadiona gederken, turniketlerden keçen uşaqları, böyükleri polisler heç uf da demeden harasına geldi vururdu. Başa düşmek olmurdu ki, biz hara gelmişik? Elimizdeki bileti gösterib yalvar-yapış ettik ki, bizi de "vurmasınlar". Neyse biletimize baxan polis, üzümüze baxıb bize acıqlandı, elimdeki çantaya baxdı gördü "dişe batan" bir şey yoxdu, üreyi gözmedi, gederken de istedi bir tepik vursun dostuma. Stadionun hendeverinde ise bizi "xüsusi deste" qarşıladı. Onlar silahlanmışdı. Düşündüm ki, yeqin ele bura gelenleri yığıb Qarabağa aparacaqlar. Şeyimize qeder her yeri ellediler. Ellerini soxmadıqları yer qalmadı. Elacları olsa "Röntgen"den de keçirerdiler. Bir teher "rüşvetle" aldığımız 18. sektorun yanına çatdıq ordan, insanlar sürü şeklinde içeriye axın edirdi. Bastırıq yaradanları ise polis qamçılayırdı.
Üzerinden iller keçdi, ve Bakıda olduğum üçün fürseti deyerlendirib, Azerbaycan - Lixteynşteyin oyununa özüme ve dostlarıma bilet aldım. Oyun baresinde çox danışılıb, yazılıb, men susmaq isteyirem. Bu defe yene 18. sektor. Uğur getirer deye düşündüm. Neyse stadiyonun yanındakı topluluğu görende biraz gözüm qorxdu açıqcası. Düşündüm yene deyesen, göyerdecekler bir yerimizi. Turniketlerin üzerinden atlananlar at kimi, siçovul kimi divardan çıxanlar, ilan kimi sürünenleri görende dedim ele deyesen oyuna bileti biz almışıq sadece. Vur polis "emi" vur göyert her yerini, bu millete bu da azdır. Elimizde biletlerimiz, uzun ve çetin yolları artıq arxada qoymuşuq. 18. sektorun yanında "gülen polis" bizi qarşıladı. Az qaldı üzümüzden öpsün ki, bes men sizi gözdeyirdim harda qalmısınız deye. Dedi xoş gelmişsiniz biletlerinize baxım. Biz biletleri gösterdik bir-birimizin üzüne baxırıq. Aaa dedim Şakir Polis güldü!!! Şok olmuşduq sanki. Gülen polis deye hele mahnı da qoşduq. Stadiona girdik köhne hamam, köhne tas! Minlerle Azerbaycan "kişi"si arasında, qadın qız görünen kimi millet, futbola yox onlara baxır, min cüre söz deyirdi: "Qadının ne işi var ey stadionda axı". Bura Azerbaycandır, qadın evde erinin ayağını yusun, yemeyini bişirsin, kişisi de gündüz gece üzüne söysün. Neyse gülen polisi gözüm axtardı, amma tapa bilmedi...

Ukraynanın daxili işlər naziri bu ölkə polisinin intellekt səviyyəsinin aşağı olmasını əsas gətirərək inzibati tədbirlərə əl atmaq məcburiyyətində qalıb. Nazir dünya ədəbiyyatına məxsus 100 cildi əhatə edən əsərlər seçilməsi üçün göstəriş verib və polisin həmin əsərləri məcburi qaydada oxuması üçün sərəncam imzalayıb. Ukraynada hesab edirlər ki, bu addımla polisin dünyagörüşünü və intellekt səviyyəsini artırmağa nail olacaqlar.


Eh bu xeberden sonra düşündüm ki, bizim polis, neinki Dünya Edebiyyatı, heç Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri'den de xeberi yoxdu.
Oxusalar yaxşıdır. Qoy "Danabaş kəndinin əhvalatları"ndan başlasınlar. Özlərini tanısınlar, hansı millətə mənsub olduqlarını bilsinlər. Ondan sonra əllərinə nə keçsə, oxuya bilərlər. Lap Drayzerə, Dostoyevskiyə də baş vurmaları mümkündür".

21 Eylül 2008 Pazar

Əlifba Bayramı

Deyirem gözlerimiz her gün bir şey görmese kor olar, qulaqlarımız da her gün bir şey eşitmese kar olar da bu şeherde. Her zamanki kimi men eşitdiklerimden deyil, gördüklerimden danışacam yene. Oxumaq yaxşı şeydi, amma oxuduğun şeyi de bilmelisen ki, ne oxuyursan. Eline qezet, jurnal, kitab alıb oxumaqla deyil ey! Oxuduğun şeyi gerek derk edesen. Keçen günlerde taxmışam qulaqlıqlarımı qulağıma, metrodayam. Bir xala var, utanmasa gelib menden yapışacaq ki, millet her zamanki kimi bel-bele gedirdi. Men de bir terefden nefes almağa çalışırken, elimdeki qezeti sehifeleyirdim. Elimde de "Yeni Müsavat" qezeti vardı. Hamı gözünü dikmişdi qezetime. Dedim belke men nese sehv bir şey edirem? Qezete baxıram, özüme baxıram. Deyirem belke "neyimse" çöldedi heç xeberim yoxdu. Hetta bir ara sevindim ki, xalqımız bes bilgiye, informasiyaya susayıb. Gördüm yox, faydası yoxdu, qezeti bükmeleyib soxdum arxa cibime. Ele bu an ağsaqqal yerinden qalxdı dedi ki, oğul sen otur qezet oxuyursan. Bu sözler adeten hamile qadınlara deyilir. He qızım otur sen "iki canlısan". Bir teher ağsaqqalı sakitleşdirdim ki, bes ayıbdır otur ayaq üste dura bilsen oturaram, amma sende o hal yoxdu axı. Nizami stansiyasında bir ağsaqqal girdi, elindekileri deftere oxşatdım. Satırdı, özü de deyirdi ki, isteyirsiniz 20 qepik verin, isteyirsiniz 1 manat verin, isteyirsiniz 5 manat ya da 100 manat verin, bu kitab menim emeyimin mehsuludur. Tekrar baxdım gördüm ki, kişinin elindekiler defter bele deyil, defterçeye oxşar bir kitabdır. Neyse dediyi kimi emeyini deyerlendirdim, aldım. "Əlifba Bayramı" defterçenin adı idi. Bəşir KƏSƏRLİ (Texellüsü de "Türk Dünyəvi"). İnanmadım, arxasına baxanda kişinin şeklini gördüm, gülmek mene güc geldi, men gülmeyib bir teher sakitleşdim. Şekilde ağsaqqalın alnına "Qarabağ" yazısı hekk olunmuşdu photoshop'da. He penceyinde de Heyder Eliyevin rozetkası. Dedim berekallah. Neyse sözüm onda yox, Herbi Neşriyyatın Metbeesinde çap olunmuş formatı 60x48 olan bu kitabcığın tirajı 1000 nüsxe, qiymeti ise müqavile yolu ile idi. Ele bil ev alırıq neyse. 8 sehife olan deftercik 2008-ci ilde neşr olunub. Giriş sehifesinde 'Tanınmış şair Bəşir KƏSƏRLİNİN 8 kitabı neşr edilmişdir' yazısı meni gülüş komasına soxacaqdı az qala. Düşündüm kitablar eger ele hamısı 8 sehifeden ibaretdirse, daha menim sözüm yoxdu. Bir de ağsaqqal bu defterciklerini özü dilençi veziyyetinde niye satır, men onu da başa düşmedim açığı. Eşi bura Azerbaycandır deyib keçmek isteyirsen... Eve geldim, böyük bir hevesle elimdeki deftercikden bir vetenperver ruhda şer oxuyub, evdekilerin biraz kefini açmaq isteyirdim ki, bir de baxdım ki, deftercikden biri de bizim yemek masasında. Sözün bitdiyi yer buradır ezizlerim. "No comment" vallah! Kaş ki, kişiye ele imzalatsaydım kitabını dedim içimden. Sağol Bəşir KƏSƏRLİ! "Türk Dünyəvi" texellüsünle min yaşa seni! Sevindir bizleri!!! Arada imkan olsa men de bir-iki şekilli kitab çıxarmaq isteyirem. He deftercik ey ne kitab. Öz de biraz erotik şerler yazacam men! Marquis de Sade eserlerinden tercümeler etmek isteyirem! Yaman "xodovoy" geder bizim metroda ha!! Sponsor axtarıram! Sonda o dehşet kitabdan, hamınızı valeh edecek bir şeri nece var ele de yazıram sizler üçün!


Bayrağının altında biz,
Bir esgerik her birimiz.
Al geyecek ana yurdum
Ana yurdum, sona yurdum.
Qurban oldum sana, yurdum!
Zefer çalsın, zefer ordum!
Gelecekli ana yurdum.
Eşqin ile yuva qurdum.
Ana yurdum, ana yurdum!
Analara, ana sensen.
Bu şerefli ada "ehsen"!
Uçurduğun qartallarla,
Fexr eleyib ucalırsan.

Qürur duyub bu adından,
Qanad çalıb uçacağam
Şöhretini biliyimle
Men dünyaya yayacağam
Gül-çiçekli, sülh dilekli.
Al güneşli, gelecekli.
Duz-çörekli Azerbaycan!
Azerbaycan! Azerbaycan!
Ey lalezar Azerbaycan!

P.S Deyirem o vaxt Üzeyir Hacıbeyov ele bil şer tapmayıb da himn yazmağa. Men isterdim ki, himnimizin sözlerini Bəşir KƏSƏRLİ yeniden işlesin yazsın! Çalışacam növbeti yazılarımda dahi şairden bir müsahibe alım! Şaire suallarınızı yazın! En yaxşı sualı imzalı "deftercik" gözleyir.

20 Eylül 2008 Cumartesi

Düşünmək

Düşünmek, beynin en mühim funksiyası... Bir növ adetdir.
Çox insan düşünmez, düşünenler de anadangelme bu funksiyaya sahibdirler. Sonradan bu funksiyanı elde etmek çetindir. Az veyaxud çox fikirleşmek de insanın özünden asılı deyil. Düşünen insanın düşüncesinin heddi hüdudu yoxdur. Bu da ağlagelmez hadiselere sebeb olur.
Düşünen insan bu yazıları yazarken özünden asılı olmayaraq refleksiv olaraq klavyaturadan istifade etdiyini düşünür ve düşünme prossesi insanı bir mentiq arayışına soxur. Netice olaraq düşünen insanın düşünerek yazmağa çalışmağa başlayır. Bu da hissiyatından istifade ederek yazı yazan insanda hissiyatın yerini alan beyinin herfleri tapa bilmemesi ile neticelenir ve insan düşündüyü üçün yazı yazmağı unuda biler. Çünki nece yazabildiyini bilmir eslinde. Insanın özünden asılı olmayaraq heyata keçirdiyi fealiyetler düşüncenin düşmenleridir.
Düşünmenin en son mertebesi, xaricdeki insanlar terefinden ''deli olmaq'' , ''başını itirmek'' kimi adlandırılır. Düşünen insan üçün nece bir şey olduğunu ise gelecekde gelecekde deyecem size...

19 Eylül 2008 Cuma

Tısbağa qınından çıxdı, qınını bəyənmədi...


Heç başa düşmürem de men sizi... O nedi axı, qollarına taxıbsan? Ele bil ayaqqabı kendirleridir. Rengbereng ne sarımısan qoluna? Hele qulağındakılara bax! "Kişi"sen ey sen sırğa yaraşar heç sene? Üzünü başını deşdirmisen! Sen canı deşdirende ağrıdır? O nedir geyinmisen? Qara şalvar qara t-shirt'den başqa bir şeyin yoxdu senin? Hele saçlara bax! Sen canı istiden bişirmir seni onlar? Aye seni zeyifleden o tükdü ey! Adımızı sanımızı batırdın da sen! Keçi saqqal! Hele utanmaz utanmaz da qırmızıya boyadıb! Ayıbdır atası da deyir oğlum var! Senin deden, nenen gör kimdi axı! Oxşadın oxşamışlarına! Seylerin, delilerin qırılsın! Eşitmişem ki, tezelikce de "satan" olub gedibsen? Ay qadan alım özüne geri qayıt. Dinine geri qayıt! Allah "baba" ne tez yaddan çıxdı? Sen deyildin ki, uşaq vaxtı deyirdin qonuşunun qızı Gülçöhrede gözüm var. Sonra dediler ki, bes qız bakire deyilmiş. Oy, oy gözlere, qulaqlara daşlar. Adımıza niye söz getiresen ki... Bax ne deyirem heç o olmasın, Fatmanın qızı Dilezber olsun. Anasına bax maaaaşallah! Halal süd emmiş qız alacam sene! Oğul, indi de eşitmişem özüne oxşar bir qızla gezirsen he? Heç yaraşır adımıza? Köpekoğlu, Dilezber seni gözleyir. Bilirsen ne dolma bükür? Sene qalan o olacaq ey! Kendimize gel qadan alım! Gel ayranını iç, qoyununu otar, müselmançalığını yaşa. Deden öldü ey naxırı qabağına qatıb otarmaqdan, kömek et kişiye! Oxumursan oxumursan o sazı aldıq sene heç olmasa, el şenliklerinde, toyda, sünnetde çalasan? Boynunu yere soxum gedib hardan tamah saldır gitaraya axı? Senin baban gitara çalıb? Tısbağa qınından çıxdı, qınını beyenmedi...

Bezen men bu atalar sözüne qarşı gelirem! Düz edib de tısbağa... Baxır görür ki, qını ağırlıq edir. Ama heyatı boyunca o qınının içerisinde yaşayıb, heyatı ele görüb. Bir gün şeytan deyir ay tısbağa çıx o qınından! Çıx! Çıx! Axır ki, sadelövh tısbağa özünde cesaret tapıb qınını terk edir! Baxır görür ki, illerdir içerisinde yaşadığı qını, onun serbestliyini elinden alırmış! Ona göre her zaman bu geride qalmış atalar sözünü yanınızda "misal", "örnek" kimi çekenlere bir cavab hazırlamaq istedim. İndi o demek deyil ki, demirçinin oğlu ele demirçi olacaq. Zaman deyişdi ezizlerim, gözlerinizi yaxşı açıb etrafı bir derin-derin süzün! Belke meni daha yaxşı başa düşeceksiniz.. Uşaq olsam da, 1990- cı illeri yaxşı xatırlayıram. Dünyanın her yanında sevilerek geyilen cins şalvarları azerbaycan kişisi bir menalı qarşılaya bilmedi. Cins şalvar tapıb geyinene "pis" gözle baxırdılar. Hele qadınların şalvara keçme prosesi uzun hekayedi. Ama indi? Neler olur göz qabağındadır. Bizi o illerden heç de 100 il ayırmır, dostlar. Neyse bu sadece çekeceyim misallardan biri idi. He indi baxıram, tısbağa heç qınının hendeverine bele dolaşmır! Ehsen tısbağa! Seni destekleyirem. Çoxları barende çox şey desede!

Azərbaycanda öpüşmək əxlaqsızlıqdır!


Tibbi təcrübələr göstərir ki, davam edən ehtiraslı öpüş insanın ürək döyüntüsünü 100'ə qədər artırır. Öpüş zamanı insan qanındakı hormonlar o qədər sürətlə artır ki, hətta insan ömrünü 1 dəqiqə uzada bilər. Bu zaman insan öpüş üçün 6,4 kalori itirir. Bundan başqa öpüş insan sinirlərini sakitləşdirir, stresi azaldır. Öpüşməyi sevənlər əksər hallarda optimist olurlar və öz güclərinə inanırlar. Tez-tez öpüşən adamlarda karies riski azdır.

Öpüş haqqında bəzi qeydlər:
Öpüş prosesini araşdıran elm filematologiya adlanır.
1981ci ildə BMTdə Səhiyyə komitetində öpüşlə bağlı idarə yaradılıb.
6 iyul Beynəxlaq öpüş günüdür.


Amma Azərbaycanda öpüşmek insanın ömrünü azaldır, ölümünü yaxınlaşdırır.

Kiçik yaşlarımda, anam elimden tutub bulvarı gezdirende, sahilde öpüşen gencleri görende öz-özüme fikirleşirdim ki, göresen onlar ne edir? Sual verende deyirdiler ki, sevgililerdi de öpüşürler, oğlum. Mence insanlar terefinden de normal qarşılanırdı ki, o qeder rahat ve heç kimin diqqetini üzerine çekmeden, denizin kenarında öz işlerinde idiler. Düzdür, kendden gelenler üçün bir tamaşaya çevrilse de, o qeder de geniş auditoriyanın marağına sebeb olmurdu, orda ne var ki bele baxanda "ömürlerini uzadırdılar". Ama günümüzde parklarımızda xüsusi nezaret var! "Exlaq"sızlığın qarşısını almaq üçün seyle çalışan poliscikler, "mekteb"lerde xüsusi olaraq yetiştirilmektedir. Bir neçe gün evvel, dostumla söhbet ederken mene dedi ki, ağlın başqa yere getmesin, cibinde hemişe 50 dolların olsun ite, qurda vermek üçün. Men de başa düşmedim sözün esl menasında ne demek istediyini. Ama bu gün "Sabir" parkında olub bitenleri gördükden sonra bir balaca "dodağımı" dişledim...
Bir "cüt" oturmuşdu. Qezet oxuyur, deyir, gülür, eylenirdiler. Oğlan qorxaq baxışlarıyla etrafı süzerken, qız onun yanağına bir "öpücük" qondurdu. Oğlan dedi, irax polislerin gözünden. Neyse bir bele, beş bele... Bakı böyük "kende" çevrildikden sonra, qrup halında gezen "oğlan"ların çoxalması da qarşısı alınmazdır. Vehşi heyvanlar kimi sesler çıxardan bu canlılarla şeherin her yerinde qarşılaşa bilersiniz. Ona göre evvelceden ehtiyatlı olun, hetta menden olsa silahlanın deyecem, amma ondan sonra da, heyvan öldürdüyünüze göre, WWF (World Wild Fund for Nature)cezalandıracaq bizi:) Neyse bu heyvandan iki denesi geldi ve oturdu bu "cüt"ün yanına başladılar ağızlarına geleni danışmağa, söymeye, durdular qabaqlarından keçdiler, siqaret çekdiler, dumanını onlara üfürdüler ve artıq sebr kasası dolan "cüt"lük qalxdı. Gederken arxasından hele utanmaz-utanmaz söz de attılar. Oğlan heç vecine de almadı, amma "orta" barmağı heyvanları üstüne salmağa bes idi. Ele bu an, diger böyük it'lerin gelmesi ile "küçük"ler qaçdı aradan, qaldı oğlanla qız. Polis çekdi oğlanı kenara, dedi "min hoqqadan çıxıbsız aparım şöbeye sizi yoxsaaa???"
He ele bu yerde Dede Qorqud sazıyla geldi, söz söyledi, qopuz çaldı, şirinliyini aldı getdi. Yeni ne qeder ki bu ölkenin "yiyesi" yoxdu hele bu harasıdır ki, birazdan kebinli arvadının elinden de tuta bilmeyeceksen. Sevgilisi olan da 3 metr ara ile gezecek. Xeyirli olsun. Özünüzü "it"lerden qoruyun. Bu aralar dehşet azıblar...

18 Eylül 2008 Perşembe

"Oxumaq, Oxumaq, yenədə Oxumaq"

Her defe elime yeni kitab, qezet ya da jurnal alanda, Leninin "oxumaq, oxumaq, yenədə oxumaq" şüarı yadıma düşür. Heç də tekstdən çıxartma yazı deyilmiş. Həmin şüar Leninin 1899-cu ildə yazdığı "Rusiya sosial-demokratiyasının istiqaməti anlayışı" əsərindən götürülmüşdür. Neyse bu gün burada Lenin ne deyib ne demeyib onu danışmayacam. Amma söhbete girmezden evvel bir letife ağlıma geldi.
"Bir gün atayla oğlu şeherde gezerken, Lenin bir elinde kitab, bir eli de havada insanları salamlayır şekilde heykelini gören oğul atasından soruşur:
- Ata, ata o kimdi niye ele edir?
- Oğlum o Lenindi orda demek isteyir ki, "oxumaq, oxumaq, yenədə oxumaq"!
Uşaq yerden daş götürüb heyleke atır, Leninin eli gelir düşür "şeyinin" üzerine ve uşaq yeniden atasına sual verir:
- Ata, ata bes indi ne demeye çalışır sence?
- Oğul indi demek isteyir ki oxuyursan oxu, oxumursan "şeyime" kimi!!!

Neyse tebii ki, bu bir letifedir ama görünür men burda size oxumadığınız üçün mene ne, lap da "şeyime" kimi demeyecem, yene gözümün önünde olanlardan yazacam. Göz gördüyünü, qulaq eşitdiyini danışar ki, men qulağımdan çox ele gözüme etibar edirem. Ele götürek Azerbaycan gencinin kitaba olan marağını. Hamıya bellidir ki, Sovet Hökümeti vaxtında yüzlerce yazıçının, yüzlerle eserleri, minlerce hetta milyonlarca insanın elinden düşmezdi. İndi kitab deyende ele bil söyüş söyürsen. Neyse biraz yüngül varianta keçek. Azerbaycanda neşr olunan qezetler ve jurnallar. Qezetlerimizin sayı çox olmadığı üçün ele men onların adlarını yazmaq isteyirem sizler üçün.

* 525-ci qəzet
* Alma qəzeti
* Ayna qəzeti
* Azadlıq qəzeti
* Azərbaycan qəzeti
* Bakı Xəbər qəzeti
* Bakı Zaman qəzeti
* Bizim Əsr qəzeti
* Bizim Yol qəzeti
* Exo qəzeti
* Ekspress qəzeti
* Ədalət qəzeti
* Ədəbiyyat qəzeti
* Futbol+ qəzeti
* Gün Səhər qəzeti
* Hürriyyət qəzeti
* Xalq qəzeti
* İki Sahil qəzeti
* Müxalifət qəzeti
* Respublika qəzeti
* Reytinq qəzeti
* Səs qəzeti
* Şərq qəzeti
* Üç Nöqtə qəzeti
* Yeni Azərbaycan qəzeti
* Yeni Müsavat qəzeti
* Zerkalo qəzeti

Bu qezetleri oxuyan var? Sual verdim özüme. Getdim qezet satış menteqelerinin birinin yanında dayandım. Açıqcası krossvord qezetlerinden başqa bir şey gözüme deymedi, amma yene de sebr etdim. Qezetden daha çox saqqız, siqaret alveri aparan menteqe meni bir xeyli düşündürmeye vadar etdi. Yaxınlaşdım ve qezet istedim. Adam bir xeyli mene baxdı ve dediyim qezeti axtarıb, tapdı ve mene uzatdı. Çünkü Azerbaycanda qezetleri yalnız yaşlı nesil oxuyur. Qezeti aldım, metroya girdim. 20 deqiqelik yol gedeceyim bu vaxt erzinde, gözlerimi bir qızın "arxasına" zillemekdense, telefonumu açıb başqalarına seviyyesiz şekiller göndermekdense elimdeki qezeti oxuyar ve daha çox eylenerem ki bunu derk etmek üçün "alim" olmağa gerek yoxdu. Ama ne olursa ondan sonra baş verir. Hamı gözünü zilleyir bir parça qezetine. Yaşlı nesil sene maraqla baxır. Elinde imkanı olsa ağsaqqal durub deyer ki, oğul men qalxıram gel sen otur, rahat qezetini oxu. Bezileri de qezetleri sadece bir şey bükmek üçün, üzerine oturmaq ya da üzerinde yemek yemek üçün istifade edir. Heç tualetde istifade edenleri demirem. Neyse sözümün canı oxumaq olsa da, neyi nece ne şekilde harda oxumağı bilmek de lazımdır. Sonra da deyirler ki, eşi Azerbaycanda qezet var ki oxunası? Men de bele bir sualla müraciet etmek isteyirem. Bu yaşınıza qeder neçe kitab oxumusunuz? Hansı qezet, jurnallara abune olmusunuz? Neyse amma qezet var oxunası, qezet de var bir şey bükülesi.. Bu fikre de qatılıram. Ama nece deyerler, qarşına gelen yemeyin dadına baxmamış "duzu azdır" ya da "yeyilesi deyil" deme.. Neyse oxuyaq ki, adam olaq...

17 Eylül 2008 Çarşamba

Yalnız Azərbaycanda ( I Hissə)


Bele bir misal var "Balıq içerisinde üzdüyü denizi göre bilmezmiş". Bizim ölkenin denizinde üzen "balıqlar" ise denizi yaxşı görür, amma elebilirler ki, ele bele de olmalıdır. Neyse sözü çox uzatmadan yalnız "inkişaf"da olan ölkemizde baş verenlerden, gördüklerimden yazacam. Hele bu gördüklerimdir, görmediklerimi "heç yaradan düşmenime de göstermesin". Bezen mene baxanlar menim ferqli, qeyri adi üslubuma, heyat terzime baxıb gülürler. Ama onlar bilmirler ki, men de onların hamısının eyni olduğu üçün onlara baxıb ağlamağım gelir…

Yalnız Azerbaycanda gördüm ki, polislerin qarnında ele bil 11 aylıq uşaqları var.
Yalnız Azerbaycanda gördüm ki, polisin qorxusundan sevgililer el-ele geze bilmir.
Yalnız Azerbaycanda gördüm ki, avtobusda, metroda, qocaya, yaşlıya, hamile qadına yox "cavan" qızlara yer verir burdakı "kişiler".
Yalnız Azerbaycanda gördüm ki, namaz qılmaq hobbilerden biri sayılır.
Yalnız Azerbaycanda gördüm ki, siqaret çeken qadına "pis" gözle baxırlar.
Yalnız Azerbaycanda gördüm ki, oğlanların ekseriyyeti saçlarını dörtbucaq şeklinde kestirir, ağ köynek, qara şalvar, uzunburun ayaqqabı geyinir ve elleri boş qalmasın deye tesbeh oynadırlar.
Yalnız Azerbaycanda gördüm ki, telefondakı bluetooth vasitesiyle tanış olurlar, iki gün sonra görüşür sonra bir daha görüşmürler.
Yalnız Azerbaycanda gördüm ki, uzun saçlı saqqallı oğlanlara "petux" damğası vururlar.
Yalnız Azerbaycanda gördüm ki, rusca danışanlar daha ağıllı hesab olunur.
Yalnız Azerbaycanda gördüm ki, qara derili millete xüsusu maraq var, görende özünden gedirler hetta söz atmaqdan bele çekinmirler.
Yalnız Azerbaycanda gördüm ki, öz qadınının namusunu qoruyan kişiler, xaricden gelen ecnebini fahişe kimi görür.
Yalnız Azerbaycanda gördüm ki, paytaxt başqa şeherlere örnek olmaq yerine en böyük "kende" çevrilib.
Yalnız Azerbaycanda gördüm ki, millet kitabxanaya yox, falçı yanına gedir.
Yalnız Azerbaycanda gördüm ki, maşını olan, evi olan, biraz da pulu olana sorğu sualsız qız verirler. Qız oğlanı sevmir? Eşi ne olsun sever de sonra!
Yalnız Azerbaycanda gördüm ki, adama "telefonuna" göre qiymet verirler:)
Yalnız Azerbaycanda gördüm ki, stadionlara yalnız kişi azarkeş gedir.
Yalnız Azerbaycanda gördüm ki, jurnalistler yazdıqları düz yazılara göre hebs olunurlar.
Yalnız Azerbaycanda gördüm ki, müellimler rüşvet almağa verdiş edib.
Yalnız Azerbaycanda gördüm ki, xestesiyle işi biten hekim cibini gösterir.
Yalnız Azerbaycanda gördüm ki, ölkedeki en varlı adamlar özel şirket sahibleri deyil, memurlardan teşkil olunub.
Yalnız Azerbaycanda gördüm ki, meyxanayla rock'u sintez edirler.
Yalnız Azerbaycanda gördüm ki, xalq artistleri toylarda "xüsusi" repertuarla çıxış edirler.
Yalnız Azerbaycanda gördüm ki, hamı yediyi şeyin qalıqlarını yere atır.
Yalnız Azerbaycanda gördüm ki, saqqal uzadanın saqqalını kesirler.
Yalnız Azerbaycanda gördüm ki, hamını eyni tip insan modeline soxmağa çalışırlar.
Yalnız Azerbaycanda gördüm ki, metroda, avtobusada, parkda qezeti, jurnalı yalnız yaşlı nesil oxuyur.
Yalnız Azerbaycanda gördüm ki, maşını iki teker üzerine qaldıraraq ad qazanırlar.
Yalnız Azerbaycanda gördüm ki, özünü "kişi" hesab eden hamı siqaret çekmeye can atır. Axı siqaret çekmek kişi işidi. Hamı bacarmaz!

DAVAM EDECEK...

16 Eylül 2008 Salı

Məni öldükdən sonra torpağa yox “laboratoriya” ya verin!

Deyirem insanlar insana neyine göre deyer verir göresen? Fiziki quruluşuna göre,yoxsa düşüncelerine, fikirlerine, bele desek “beynine” göre? Mence bizim topluluq insana xarici quruluşuna göre qiymet verir. “Ağılsız” müselman ele bilir ki, öldükden sonra cennete gedecek ve bir gün qebirden xortlayıb çıxacaq. Kaş ki ele siz deyen olsun… Xeyalımızın bele canlandırmağa çetinlik çekdiyi şeylerden danışmayacam bu gün. Öldükden sonra nece işe yaramaq olur ondan danışacam…
Xestaxanada son anlarını yaşayan bir genc gördüm. Ürek çatışmamazlığından eziyyet çekirdi. Ele o deqiqelerde xestexanaya tecili yardımla bir genc daha geldi. O da son anlarını yaşayırdı ama ürek çatışmamazlığından deyil, çoxlu qan itirmiş ve ölümcül halda idi. Amma ürek köçürmesiyle birine heyat vere bilerdi. Bu anlarda artıq ölmekde olan gencin yaxınlarına yaxınlaşır ve oğlunuzun üreyi birine heyat vere biler deye hekim müraciet edir. Gec olmadan orqan köçürülmesine icaze verseler artıq o iki gencden biri yaşayacaq. Ama “din”ine sadiq olan aile, xeyir oğlumuzun cesedini bütöv şekilde isteyirik dedi! Onu müselman qayda qanunu ile defn edecek ve 40 gün yas tutacaqlardı. Sonra? Torpağın altında deyim de neler baş verir. Siz menden daha yaxşı bilirsiniz… O vücud toprağa qismet olur. Amma o ürek birine heyat vere bilerdi! Hetta o ürek yaşayacaqdı! Mehz o gencin vücudunda öz yerini tapacaqdı. Belke de bir teselli olacaqdı…
Ona göre ölmemişden hemişe vesiyyetimi edirem. Deyirem belke işdir işayetdir menim de başıma gelse bele bir şey ki gelecek gec tez, lazımlı olan hisselerimi verin lazımı olanlar istifade etsin eger lazımi seviyyede qalıbsa tebii ki. Yox eger lazımsız bir vücudum olacaqsa heç ne olmaz onun da bir çaresi var. Meni öldükden sonra torpağa yox “laboratoriya”ya verin! Heç olmasa yeni hekim olmaq isteyenler bir şey öyrensinler. Öldükden sonra da işe yaramaq olarmış demek ki... Ve ya birine heyat vererek onun içinde yaşamaq!